Çempionlar Liqasında 1/8 final mərhələsinin növbəti oyunları keçirilib - NƏTİCƏLƏR

cempionlar liqasinda 1 8 final merhelesinin novbeti oyunlari kecirilib neticeler

Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində 2 oyun keçirilib. Apasport.az saytının məlumatına görə, matçlar Leverkuzen və Mançesterdə baş tutub.

 

Son finalçı “Atletiko” “Bayer”in qonağı olub. Qrup mərhələsində güclü “Bavariya”nı qabaqlamağı bacaran madridlilər ikinci yerin sahibi kimi adını 1/8 final yazdıran “Bayer”i məğlub edib. Gərgin və dramatik şəraitdə keçən oyunda azarkeşlər 6 qola şahidlik ediblər. Səfərdə 4:2 hesabı ilə qələbə qazanan Dieqo Simeonenin yetirmələri cavab matçından öncə böyük üstünlük əldə ediblər.

 

Günün digər matçında “Mançester Siti” və “Monako” komandaları qarşılaşıb. Bu oyun dramatiklik baxımından paralel keçən matçı qabaqlayıb. Görüşdə hesabı meydan sahibləri açsa da, bu üstünlük qısa çəkib. Ardınca iki qol vurab "knyazlıq klubu" önə çıxıb. Aqueronun bərabərlik qolunun sevinci də uzun olmayıb. Falkao qonaqları yenidən önə keçirib.

 

Ancaq sonradan özündə güc tapan "şəhərlilər" ardıcıl 3 dəfə fərqlənərək möhtəşəm geri dönüşə imza atıblar - 5:3.

 

UEFA Çempionlar Liqası

 

1/8 final mərhələsi, ilk oyunlar

 

21 fevral

 

“Bayer” (Almaniya) – “Atletiko” (İspaniya) - 2:4

Qollar: Bellarabi, 48, Saviç, 68 (öz qapısına) - Nigez, 17, Qrizman, 26, Qameyro, 59 (pen.), Fernando Torres, 86

Baş hakim: Uillyam Kollum (Şotlandiya)

 

“Mançester Siti” (İngiltərə) – “Monako” (Fransa) - 5:3

Qollar: Sterlinq, 26, Aquero, 58, 71, Stons, 77, Sane, 82 - Falkao, 32, 61, Mbappe, 40

Baş hakim: Antonio Mateu Lahoz (İspaniya)

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • bakida daha bir kuce temirden sonra suruculerin istifadesine verilib
    Bakıda daha bir küçə təmirdən sonra sürücülərin istifadəsinə...
  • bdu da 31 mart soyqirimi qurbanlari anilib
    BDU-da 31 mart soyqırımı qurbanları anılıb
bdu da 31 mart soyqirimi qurbanlari anilib bdu da 31 mart soyqirimi qurbanlari anilib +2
MƏZƏNNƏ
FOREX
/ 29 Mart, 2017

USD
1.722
 
EUR
1.8623
 
RR
0.0302
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ