ÇL-də 1/8 finalın növbəti cavab matçları oynanılıb - NƏTİCƏLƏR

cl de 1 8 finalin novbeti cavab matclari oynanilib neticeler

Çempionlar Liqasında 1/8 finalın daha iki görüşündə cavab matçları oynanılıb. Apasport.az saytının məlumatına görə, qarşılaşmalar İtaliya və İngiltərədə baş tutub.

 

İlk görüşdə səfərdə “Porto”nu məğlub etmiş “Yuventus” növbəti oyunda da qələbəyə sevinib. Turində keçirilmiş oyunda meydan sahibləri minimalhesablı qələbəyə seviniblər. Dibalanın ilk hissənin sonlarında penaltidən vurduğu qol matçda yeganə olub. Azlıqda qalan "Porto"nun ümumilikdə 3:0 hesabını dəyişməyə gücü çatmayıb.

 

Bu oyunla müqayisədə günün digər qarşılaşması daha gərgin mübarizə vəd edirdi. İngiltərə çempionu “Lester” İspaniyada məğlub olduğu “Sevilya”nı doğma meydanda büdrətməli idi. Bu işdə ingilislərə səfərdə vurulan qol da kömək ola bilərdi. Hadisələr isə plana uyğun gedib. Premyer Liqadakı uğursuzluqlardan sonra Klaudio Ranyeri ilə yolları ayıran "tülkülər" Avropanın ən nüfuzlu klub turnirində yoluna davam etməyə nail olub. Rəqibinin qapısından iki cavabsız top keçirən komanda adını növbəti mərhələyə yazdırıb.

 

 

UEFA Çempionlar Liqası

1/8 final mərhələsinin cavab oyunları

14 mart

 

“Yuventus” (İtaliya) – “Porto” (Portuqaliya) - 1:0

Qol: Dibala, 42

Baş hakim: Ovidiu Hateqan (Rumıniya)

İlk oyun – 2:0

 

“Lester” (İngiltərə) – “Sevilya” (İspaniya) - 2:0

Qollar: Morqan, 27, Olbrayton, 54

Baş hakim: Daniele Orsato (İtaliya)

İlk oyun – 1:2

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

21:17 22 Mart
12:26 22 Mart
10:23 22 Mart
20:11 21 Mart
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • dunya birjalarinda neft bahalasib
    Dünya birjalarında neft bahalaşıb
  • sabirabadda 10 kendi birlesdiren yolun tikintisi yekunlasmaq uzredir
    Sabirabadda 10 kəndi birləşdirən yolun tikintisi yekunlaşmaq...
sabirabadda 10 kendi birlesdiren yolun tikintisi yekunlasmaq uzredir sabirabadda 10 kendi birlesdiren yolun tikintisi yekunlasmaq uzredir +2
MƏZƏNNƏ
FOREX
/ 23 Mart, 2017

USD
1.7202
 
EUR
1.8529
 
RR
0.0298
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ