DÇ-2018-in pley-off mərhələsində İsveç yığması İtaliyanı məğlub edib

dc 2018 in pley off merhelesinde isvec yigmasi italiyani meglub edib

DÇ-2018-in seçmə mərhələsinin daha bir pley-off oyunu keçirilib. Apasport.az saytının məlumatına görə, günün yeganə qarşılaşmasında İtaliya ilə İsveç üz-üzə gəliblər.

 

Dördqat dünya çempionu olan appeninlilər 60 ildən sonra mundiala həsrət qala bilər. Sonuncu dəfə 1958-ci ildə bu aqibətlə üzləşən İtaliya artıq bir dəfə işini çətinə salıb.

 

Bu oyunda isə İsveç doğma meydan amilindən yararlanaraq minimal hesablı qələbəyə sevinib. Yohansenin vurduğu qol matçda yeganə olub.

 

Əgər cavab oyununda da skandinaviyalılar İtaliyanı dayandıra bilsə, “Skuadra Adzurra” indiyədək dünya çempionu adını qazananlar arasında yeganə komanda olacaq ki, Rusiyada oynamayacaq. Çünki Almaniya, Fransa, İspaniya, İngiltərə, Braziliya, Argentina və Uruqvay artıq mundialda oynamaq hüququna yiyələnib.

 

DÇ-2018, pley-off oyunları

Avropa zonası

İlk oyunlar

10 noyabr

 

İsveç – İtaliya - 1:0

Qol: Yohansson, 61

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

14:08 16 İyun
Video
10:10 16 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • azerbaycan ve iran korrupsiyaya qarsi mubarizede emekdasliq edecekler
    Azərbaycan və İran korrupsiyaya qarşı mübarizədə əməkdaşlıq ...
  • sekide cobani ildirim vurub
    Şəkidə çobanı ildırım vurub
sekide cobani ildirim vurub sekide cobani ildirim vurub +2
MƏZƏNNƏ
FOREX
/ 18 İyun, 2018

USD
1.7
 
EUR
2.0067
 
RR
0.0272