FİFA-nın tədbirində dəyəri 100 min dollar olan 6 saat oğurlanıb

fifa nin tedbirinde deyeri 100 min dollar olan 6 saat ogurlanib

FİFA-nın yanvarın 9-da keçirilmiş mükafatlandırma mərasimi ilə bağlı şok xəbər yayılıb. Apasport.az saytının məlumatına görə, milyonlarla insan tərəfindən televiziya vasitəsilə canlı izlənən mərasimdə oğurluq hadisəsi baş verib.

 

Belə ki, yığıncaqda ümumilikdə 100 min dollar dəyərində olan, 6 xüsusi hazırlanmış qol saatı oğurlanıb. Mərasimin sponsorlarından olan, məşhur “Hublot” firması həmin saatları sırf mükafatlandırma gecəsi üçün hazırlayıbmış və mükafatlandırılan şəxslərə təqdim olunacaqmış.  

 

Saatlar FİFA mərkəzi ilə TV studiyaları arasındakı məkanda oğurlanıb.

 

Xarici mətbuata açıqlama verən firma rəsmilərindən biri saatların itdiyini təsdiqləyib və oğruların kim olduğunu öyrənmək üçün hərəkətə keçdiklərini bildirib. İsveçrə polisi isə təhlükəsizlik kamerasını araşdırmaya start verib.

 

Qeyd edək ki, FİFA-nın mükafatlandırma mərasimində Madrid “Real”ının futbolçusu Kriştianu Ronaldo rəqiblərini qabaqlayaraq, 2016-cı ilin ən yaxşı futbolçusu adına layiq görülüb.  

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

13:12 23 Fevral
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • bakida qazaxistanin bmt tehlukesizlik surasinin uzvu secilmesi ile bagli deyirmi masa kecirilib
    Bakıda Qazaxıstanın BMT Təhlükəsizlik Şurasının üzvü seçilmə...
  • turkiyenin kend teserrufati nazirinin musaviri bakidaki sefirlikde yerlesdirilecek
    Türkiyənin kənd təsərrüfatı nazirinin müşaviri Bakıdakı səfi...
turkiyenin kend teserrufati nazirinin musaviri bakidaki sefirlikde yerlesdirilecek turkiyenin kend teserrufati nazirinin musaviri bakidaki sefirlikde yerlesdirilecek +2
MƏZƏNNƏ
FOREX
/ 23 Fevral, 2017

USD
1.7447
 
EUR
1.8426
 
RR
0.0301
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ