FİFA və UEFA Rusiyaya sanksiya verə bilər

fifa ve uefa rusiyaya sanksiya vere biler

Dopinq qalmaqalı Rusiyanın FİFA və UEFA tərəfindən cəzalanması ilə nəticələnə bilər. Apasport.az saytının məlumatına görə, bunu FİFA-nın prezidenti Canni İnfantino açıqlayıb.

 

O bildirib ki, Ümumdünya Antidopinq Agentliyinin (WADA) Ruçard Maklarenin rəhbərliyi altında apardığı araşdırmaların nəticələri təsdiqlənsə, şimal qonşularımız cəzadan qaça bilməyəcək: “Əgər Rusiyada dopinqdən istifadə halları aşkarlanıbsa və bunlar təsdiqini tapacaqsa, FİFA və UEFA lazımi ölçü götürəcək və mümkün sanksiyalar da tətbiq ediləcək”.

 

Maraqlıdı ki, bir müddət əvvəl İnfantino fərqli açıqlama vermişdi. O bildirmişdi ki, Rusiya idmanındakı qalmaqallar FİFA bayrağı altında keçiriləcək DÇ-2018-in təşkilinə təsir edə bilməz. Ali futbol qurumunun başçısı boykot və məhrumetmələrin Rusiyanın problemlərinin həlli olmadığını da vurğulamışdı.

Lakin dekabrın əvvəlində Maklarenin məruzəsinin ikinci hissəsi açıqlanıb. Burada rusiyalı idmançıların dopinqdən istifadəsi, onların dopinq “problar”la bağlı manipulyasiyası əksini tapıb. Məruzəçi iddia edir ki, bir neçə rusiyalı futbolçunun da orqanizmində dopinq aşkarlanıb. Qadağan olunan preparatların yeniyetmə oyunçulara verilməsinin mümkünlüyü də bu sənəddə qeyd edilib.
 

Bu məruzə açıqlanandan sonra FİFA WADA-dan Maklarenin əsaslandığı bütün sübut və dəlilləri istəyib. Məlumatların öyrənilməsindən sonra qurum lazım olan addımları atacağını vəd edib.

 

Bundan başqa, FİFA-nın etika üzrə istintaq palatasının Rusiya Futbol İttifaqının (RFİ) prezidenti Vitali Mutko ilə bağlı araşdırmaların başladığı haqda da şayiələr yayılıb.

 

Rusiyada keçiriləcək DÇ-2018 iyunun 14-dən iyulun 15-dək keçiriləcək. Şimal qonşularımızın olimpiya komitəsinin rəhbəri Aleksandr Jukov boykota çağırışların və mundialın ev sahibinin dəyişdirilməsinin bu turnirə təsir etməyəcəyinə ümidli olduğunu açıqlayıb.

Rusiyanın baş nazirinin müavini və RFİ-nin prezidenti olan Mutko isə dopinqlə bağlı gələn il keçiriləcək Konfederasiyalar kuboku və DÇ-2018-in mümkün boykotdan çəkinmədiyini qeyd edib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

22:18 27 İyul
19:33 27 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • brent markali neftin qiymeti 51 3 dollar etrafinda deyisir
    Brent markalı neftin qiyməti 51,3 dollar ətrafında dəyişir...
  • istanbulda siddetli dolu ve kulek neticesinde 10 nefer xesaret alib
    İstanbulda şiddətli dolu və külək nəticəsində 10 nəfər xəsar...
istanbulda siddetli dolu ve kulek neticesinde 10 nefer xesaret alib istanbulda siddetli dolu ve kulek neticesinde 10 nefer xesaret alib +2
MƏZƏNNƏ
FOREX
/ 28 İyul, 2017

USD
1.701
 
EUR
1.9984
 
RR
0.0286
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ