Gələn həftə start götürəcək futbol üzrə dünya çempionatının ən dəyərli komandaları açıqlanıb

gelen hefte start goturecek futbol uzre dunya cempionatinin en deyerli komandalari aciqlanib

Gələn həftə start götürəcək dünya çempionatının ən dəyərli komandaları açıqlanıb. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, sıralama 32 millinin heyətində yer alan 23 futbolçunun qiymətləndirməsinə əsasən müəyyənləşib.

 

Beləliklə, ilk pillədə Fransa millisi qərarlaşır. Didye Deşamın yetirmələrinin ümumi dəyəri 1 milyard 80 milyon avrodur. Fransızların ən dəyərli oyunçusu 120 milyon avro ilə Kilian Mbappedidir. Onu Antuan Qrizmann (100) və Poq Poqba (90) izləyir.

 

İkinci yer İspaniyaya məxsusdur. “Buğalar”ın dəyəri 1 milyard 30 milyon avro göstərilib. Bu baxımdan 80 milyon avro ilə komandanın lideri Serxio Busketsdir. İsko və Asensio 75 milyona bərabərdir.

 

İlk “üçlüy”ü Braziliya millisi qapayır. “Pentakampeonlar”ın ən bahalı oyunçusu Neymardı – 180 milyon. Filip Koutinyonun dəyəri isə 100 milyondur. Son dünya çempionu Almaniya 4-cü pillədə özünə yer edib. Bundestimdə Toni Kroos (80 milyon) komanda yoldaşlarını qabaqlayır. 5-ci olan İngiltərədə Harri Keynə 150, Dele Alliyə isə 100 milyon avro qiymət qoyulub.

 

690 milyon avroluq dəyəri olan Argentinada Lionel Messi faktoru var. Neymar kimi, onun da qiyməti 180 milyon avro göstərilir. Paulo Dibala 110 milyon avro dəyərindədir. Argentina siyahıda Belçikanın ardından 7-ci sırada qərar tutub. 8-ci olan Portuqaliyanın superulduzu Kriştianu Ronaldonun dəyəri isə 100 milyon avroya bərabərdir.

 

Mundialda bütün diqqətləri üzərinə çəkəcək oyunçulardan biri də Məhəmməd Salahdır. 23 nəfərlik Misir yığmasının ümumi dəyəri 197 milyon avrodusa, bunun 150 milyonu Salaha görədir. Yəni, Salah təkbaşına bütün komanda yoldaşlarının cəmindən 3 dəfədən də bahadır.

 

Siyahının son pilləsində yer alan Panama 8 milyon 430 min avro ilə ölçülüb.

 

Dünya çempionatının ən bahalı futbolçuları isə Neymar və Lionel Messidir. 180 milyonluq super ulduzları Harri Keyn, Məhəmməd Salah və Kevin De Bruyne (150) izləyir.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

12:23 18 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • xudatda narkotiklerin qanunsuz dovriyyesi ile mesgul olan sexs saxlanilib
    Xudatda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şə...
  • aykut kocaman fenerbagca bas mesqciliyinden uzaqlasdirilib
    Aykut Kocaman “Fənərbağça” baş məşqçiliyindən uzaqlaşdırılıb...
aykut kocaman fenerbagca bas mesqciliyinden uzaqlasdirilib aykut kocaman fenerbagca bas mesqciliyinden uzaqlasdirilib +2
MƏZƏNNƏ
FOREX
/ 19 İyun, 2018

USD
1.7
 
EUR
2.0067
 
RR
0.0272