“Olimpiya” futbol klubunun Bakı proqramı açıqlanıb

olimpiya futbol klubunun baki proqrami aciqlanib

Çempionlar Liqasının I təsnifat mərhələsində “Qarabağ” klubu ilə qarşılaşacaq “Olimpiya” klubunun Bakı proqramı açıqlanıb. Apasport.az-ın klubun saytına istinadən məlumatına görə, Lyublyana təmsilçisi Bakıya cavab qarşılaşmasından 1 gün əvvəl gələcək.

 

Belə ki, iyulun 17-də səhər saatlarında çarter reysi ilə yola düşəcək komanda Bakı vaxtı ilə 16:00-da paytaxtımıza çatacaq. Rəhbərlik azarkeşlərə də komanda ilə birlikdə səyahət imkanı yaradacaq. Lakin bu, komandanı ölkəmizdə dəstəkləmək istəyən fanatlara 750 avroya başa gələcək. Bu paketə gediş-gəliş, oteldə məskunlaşma, yemək, şəhər gəzintisi, oyunun bileti daxildir.

 

Fanatlar matç günü səhər saatlarında Bakı gəzintisinə çıxacaq. İyulun 18-dəki görüşdən dərhal sonra isə heyət Lyublyanaya qayıdacaq.

 

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Olimpiya” görüşü 21:00-da başlayacaq.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

10:05 21 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • agcabedide 5 ton ot baglamasi yanib
    Ağcabədidə 5 ton ot bağlaması yanıb
  • bu gunden daha 2 marsrut xetti uzre avtobuslar fealiyyete baslayib
    Bu gündən daha 2 marşrut xətti üzrə avtobuslar fəaliyyətə ba...
bu gunden daha 2 marsrut xetti uzre avtobuslar fealiyyete baslayib bu gunden daha 2 marsrut xetti uzre avtobuslar fealiyyete baslayib +2
MƏZƏNNƏ
FOREX
/ 21 İyul, 2018

USD
1.7
 
EUR
1.9828
 
RR
0.0267