“Qarabağ” avrokuboklara vəsiqəni rəsmiləşdirib

qarabag avrokuboklara vesiqeni resmilesdirib

Azərbaycan Premyer Liqasında mükafatçılardan biri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, çempionatın sonuna 6 tur qalsa da, ilk “üçlük”dəki komandalardan biri yerini təmin edib. Bu, son üç mövsümün çempionu “Qarabağ”dı.

 

XXII turda AZAL-ı 1:0 hesabı ilə məğlub edən Ağdam təmsilçisi xal hesabını 48-ə çatdırıb. Bununla, liderin 4-cü yerlə xal fərqi 19-a yüksəlib.

 

Xal fərqinin bu həddə çatması o deməkdi ki, 4-cü olan “Zirə” həmçinin aşağı pillələrdə qərarlaşan digər komandalar çempionluq şansı ilə vidalaşıb. Onlar üçün əlçatmaz olan Qurban Qurbanovun yetirmələri isə ən pis halda belə bürünc mükafata yiyələnəcəklər.

 

İlk “üçlük”də yeri təmin olunan “Qarabağ” bununla da avrokuboklara vəsiqəni təmin edib. Əyalət klubu minimum Avropa Liqasında oynayacağını rəsmiləşdirib.

 

Çünki Azərbaycan Premyer Liqasının qalibi Çempionlar Liqası, 2-ci və 3-cü yer sahibləri isə Avropa Liqasında çıxış hüququ qazanır. Sonuncu yarışdakı 3-cü təmsilçi isə ya kubokun, ya da 4-cü yerin sahibi olur.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • qalibiyyet sahidler ve sehidler kitabinin ilk cildinin teqdimati kecirilib
    "Qalibiyyət - şahidlər və şəhidlər" kitabının ilk cildinin t...
  • unec de novbeti aciq qapi gunu kecirilib
    UNEC-də növbəti "Açıq qapı" günü keçirilib
unec de novbeti aciq qapi gunu kecirilib unec de novbeti aciq qapi gunu kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 24 İyun, 2017

USD
1.7022
 
EUR
1.8999
 
RR
0.0285
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ