“Qarabağ”ın prezidenti: “Mənim üçün “Neftçi” – “Qarabağ” görüşünün yeri ayrıdı”

qarabag in prezidenti menim ucun neftci qarabag gorusunun yeri ayridi

“Mövsümün sonuna 6 tur qalıb. Hələlik turnir cədvəlində hamıdan öndəyik”. Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın prezidenti Tahir Gözəl AFFA-nın Konfransından sonra jurnalistlərin suallarını cavablandırarkən deyib.

 

Klub rəhbəri komandasında hansısa problemin olmadığnı vurğulayaraq bildirib ki, “Neftçi”nin “Qəbələ” ilə oyunu çox maraqlı alınıb: “Mən “Qarabağ”a inanıram və hesab edirəm ki, hədəfimizə nail olacağıq. Komandanın avrokubokda qrupa düşməyə gücü çatacaq. Düzdü, Dani Kintananın zədəli olması bizim üçün itkidi. Biz də imkanımız çatan qədər oynayacağıq. Komandada motivasiya yüksəkdi. Gücümüzə inanıram və əminəm ki, komandamız öz oyun sxemini quracaq. Arzum Çempionlar Liqasının qrupunda mübarizə aparmaqdı”.

 

Gözəl komandanın planları barədə də danışıb. O bildirib ki, sponsor kimi oyunçu transferinə hazırdılar: “Baş məşqçimiz Qurban Qurbanovu eşidirik. Yeni transfer etməyin özü də asan deyil. Qurbanov da baxır, nümayəndələri də ölkə xaricinə göndərir. Əgər hansısa futbolçu bəyənilsə, biz onu heyətə qatmağa hazırıq”.

 

Komanda rəhbəri Azərbaycan kubokunun yarımfinalında əzəli rəqiblər “Neftçi” ilə oyuna da toxunub: “Mənim üçün bu qarşılaşmalar ilin tarixi matçı olacaq Komandanı motivasiya etmək üçün öz yollarımız var. Hər sirrimizi açıqlaya bilmərik. Ancaq mən şəxsən müdaxilə edəcəm. Mənim üçün “Neftçi” – “Qarabağ” görüşünün yeri ayrıdı. Bu, “Şirlərin savaşı”dı. Çox maraqlı matç izləyəcəyik”.

 

O, dünyada baş verən iqtisadi problemlərin “Qarabağ”ın büdcəsinə təsir etmədiyini də qeyd edib: “Şükürlər olsun ki, problemimiz yoxdu. Büdcəmiz sabitdi, nə artmır, nə azalmır. Bunu olduğu kimi saxlayırıq. Ona görə siz deyəndə yeni transfer edəcəksizmi buna uyğun büdcəmiz var, cavablarımız realdı. Amma bir şey deyim. Bütün neft ölkələrində çətin şəraitdi. Buna baxmayaraq, sponsorumuz “Azərsun Holdinq” böyük fədakarlıq göstərir. Amma “Qarabağ” adı bizə dəyərlidi. Bilirsiz ki, bu gün cəbhədə savaş var. Hərdən acı şəhid xəbərləri də alırıq. Ona görə də məsuliyyətimizi bilirik. Bu gün “Qarabağ”ın adını yaşatmaq bizim üçün çox önəmlidi. Mən də “Qarabağ”ın prezidenti kimi bunu həmişə dəstəkləyirəm. Bu üzdən də şükürlər olsun ki, büdcəmiz azalmır”.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

21:17 22 Mart
12:26 22 Mart
10:23 22 Mart
20:11 21 Mart
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • sabirabadda 10 kendi birlesdiren yolun tikintisi yekunlasmaq uzredir
    Sabirabadda 10 kəndi birləşdirən yolun tikintisi yekunlaşmaq...
  • bsu nun numayende heyeti bolqaristanda seferde olub
    BSU-nun nümayəndə heyəti Bolqarıstanda səfərdə olub
bsu nun numayende heyeti bolqaristanda seferde olub bsu nun numayende heyeti bolqaristanda seferde olub +2
MƏZƏNNƏ
FOREX
/ 23 Mart, 2017

USD
1.7202
 
EUR
1.8529
 
RR
0.0298
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ