“Qarabağ qaziləri” Tbilisidə yoldaşlıq oyunu keçirib

Tbilisidə “Qarabağ qaziləri” amputant futbol komandası ilə Gürcüstanın Avropa çempionu olmuş veteranlardan ibarət “Tbilisi” komandası arasında yoldaşlıq oyunu keçirilib.

 

APA-nın yerli bürosunun məlumatına görə, oyun Avropa Amputant Futbol Federasiyasının təşkilatçılığı ilə baş tutub.

 

Qarşılaşma Azərbaycan və Gürcüstanın dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Görüşün birinci hissəsi 5:0 hesabı ilə "Tbilisi" komandasının, ikinci hissəsi isə 3:1 "Qarabağ qaziləri"nin xeyrinə nəticələnib. Beləliklə, matç "Tbilisi" komandasının 6:3 hesablı qələbəsi ilə başa çatıb.

 

Oyunu izləyənlər arasında Azərbaycanın Gürcüstandakı səfirliyinin, hər iki ölkənin futbol federasiyalarının, Gürcüstanın Veteranlarla İş üzrə Dövlət Xidmətinin nümayəndələri də olub.

 

Qeyd edək ki, “Qarabağ qaziləri” futbol klubu bu ilin aprelində yaradılıb. Bu ilin mayında “Qarabağ qaziləri” Bakıda keçirilmiş yoldaşlıq yarışında 3:2 hesabı ilə “Tbilisi” komandasına qalib gəlib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

10:05 21 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • sumqayitda ucmertebeli magaza yanib yenilenib
    Sumqayıtda üçmərtəbəli mağaza yanıb - YENİLƏNİB
  • sehid esger qebelede defn edilib
    Şəhid əsgər Qəbələdə dəfn edilib
sehid esger qebelede defn edilib sehid esger qebelede defn edilib +2
MƏZƏNNƏ
FOREX
/ 22 İyul, 2018

USD
1.7
 
EUR
1.9828
 
RR
0.0267