“Qəbələ” iki futbolçu ilə yollarını ayırıb

qebele iki futbolcu ile yollarini ayirib

Arxada qoyduğumuz mövsümün gümüş medalçısı “Qəbələ” heyətində “təmizləmə işləri”ni davam etdirir. Apasport.az saytının məlumatına görə, “qırmızı-qaralar”da daha iki futbolçunun durumuna aydınlıq gəlib.


Komandadan gedəcəyi gözlənilən və adı “Neftçi” ilə hallanan serbiyalı hücumçu Daniel Subotiçlə yollar artıq rəsmən ayrılıb. Rəhbərlik onunla yanaşı, millimizin müdafiəçisi Məhəmməd Mirzəbəyovla da yeni müqavilə imzalamaqdan imtina edib. Ötən mövsümü icarə əsasında “Sumqayıt”da keçirən Yusif Nəbiyevi qaytaran “Qəbələ” Mirzəbəyova ehtiyac duymayıb.

 

“Neftçi”nin maraq dairəsində olan yarımmüdafiəçi Nika Kvekveskiri ilə danışıqlar isə davam etdirilir. Gürcüstanlı futbolçunun qalıb-qalmayacağına yaxın günlərdə aydınlıq gələcək.

 

Qeyd edək ki, “Qəbələ” Subotiç və Mirzəbəyovdan əvvəl Teo Uiksi yola salmış, Dmitri Bezotosnı, Elvin Camalov, Vitali Vernidub, Cavid Hüseynov və Asif Məmmədovla isə yeni müqavilə bağlamışdı.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

08:52 27 May
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • prezident baki urek gunleri beynelxalq konqresine mektub gonderib
    Prezident “Bakı Ürək Günləri” Beynəlxalq Konqresinə məktub g...
  • bp nin regional prezidenti azerbaycanin dovlet bascisina mektub gonderib
    BP-nin regional prezidenti Azərbaycanın dövlət başçısına mək...
bp nin regional prezidenti azerbaycanin dovlet bascisina mektub gonderib bp nin regional prezidenti azerbaycanin dovlet bascisina mektub gonderib +2
MƏZƏNNƏ
FOREX
/ 27 May, 2017

USD
1.702
 
EUR
1.9062
 
RR
0.03
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ