“Qəbələ” – “İnter” görüşünün tarixi dəyişdirilib

qebele inter gorusunun tarixi deyisdirilib

Azərbaycan Premyer Liqasının XXVII turunun “Qəbələ” – “İnter” görüşünün tarixi dəyişdirilib. Apasport.az saytının məlumatına görə, Peşəkar Futbol Liqası matçın əvvəlcədən nəzərdə tutulduğu kimi aprelin 23-də deyil, ertəsi gün keçirilməsinə qərar verib.

 

Görüşün start fiti aprelin 24-də saat 14:30-da veriləcək və qarşılaşma "CBC Sport" kanalı vasitəsi ilə canlı yayımlanacaq.


Oyunun tarixinin dəyişdirilməsinə səbəb mükafatçıların medallarla təltif olunma ehtimalıdı. “Qəbələ” və “İnter” klubları mükafatçılar sırasındadırlar. Bu görüşün nəticəsindən asılı olaraq, komandalara medallar təqdim oluna bilər.


Azərbaycan Premyer Liqasının 2016/2017-ci illər mövsümünün qalibi olan “Qarabağ” klubuna da çempionluq və qızıl medallar XXVII turda veriləcək. Belə ki, “Qarabağ” mükafatlarına doğma meydanı olan “Azərsun Arena”da keçiriləcək “Sumqayıt”la görüşdən sonra qovuşacaq.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

15:23 25 May
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • batumide 28 may respublika gunu qeyd olunub
    Batumidə 28 may - Respublika Günü qeyd olunub
  • bakida vaz yuk masini ile toqqusub iki nefer xesaret alib
    Bakıda “VAZ” yük maşını ilə toqquşub, iki nəfər xəsarət alıb...
bakida vaz yuk masini ile toqqusub iki nefer xesaret alib bakida vaz yuk masini ile toqqusub iki nefer xesaret alib +2
MƏZƏNNƏ
FOREX
/ 26 May, 2017

USD
1.7021
 
EUR
1.9133
 
RR
0.0302
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ