Qətər millisinin futbolçusu: “Azərbaycan yığması düşünüldüyündən güclüdü”

qeter millisinin futbolcusu azerbaycan yigmasi dusunulduyunden gucludu

“DÇ-2018-in seçmə mərhələsindəki oyunlar öncəsi Azərbaycanla qarşılaşmaq çox vacibdi. Xüsusən də, İranla matçın hazırlığı baxımdan yaxşı sınaq olacaq”. Apasport.az saytının məlumatına görə, bunu Qətər millisinin yarımmüdafiəçisi Yasser Abubakar deyib.

 

Bu gün yoldaşlıq görüşü çərçivəsində yığmamızı qəbul edəcək Qətər millisinin üzvü meydana qələbə üçün çıxacaqlarını söyləyib: “Komandamız texnikalı oyununu maksimum həddə çatdırmağa çalışır. Həm texniki, həm də fiziki cəhətdən ən yaxşı formaya düşmək üçün Azərbaycanla oyun yerinə düşür. Seçmə mərhələdə İran və Özbəkistanla qarşılaşma bizim üçün çox önəmlidi. Bu səbəbdən də Azərbaycanla matçda yaxşı motivasiya qazanmaq üçün əlimizdən gələni edəcəyik. Azarkeşlərimizdən həm Azərbaycan, həm də İranla evdəki görüşdə bizi dəstəkləmələrini gözləyirik”.

 

25 yaşlı futbolçu millimiz haqda da danışıb. O, Robert Prosineçkinin yetirmələrinin təhlükəli rəqib olduğunu düşünür: “Azərbaycan yığması düşünüldüyündən güclüdü. Son vaxtlar əldə etdikləri nəticələr onların hansı durumda olmalarından xəbər verir. DÇ-2018-in seçmə mərhələsinə uğurlu start götürüblər və final mərhələsi üçün iddialarını davam etdirirlər”.

 

Qeyd edək ki, Bakı vaxtı ilə saat 20:00-da başlayacaq Qətər – Azərbaycan qarşılaşması Dohada yerləşən “Jassim bin Hamad” stadionunda keçiriləcək.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

15:36 29 Aprel
09:56 29 Aprel
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • telebeler arasinda futbol cempionatinin final turu kecirilib
    Tələbələr arasında futbol çempionatının final turu keçirilib...
  • cocuq mercanlida iki zenit top mermisi ve raket tapilib
    Cocuq Mərcanlıda iki zenit top mərmisi və raket tapılıb...
cocuq mercanlida iki zenit top mermisi ve raket tapilib cocuq mercanlida iki zenit top mermisi ve raket tapilib +2
MƏZƏNNƏ
FOREX
/ 30 Aprel, 2017

USD
1.7025
 
EUR
1.8495
 
RR
0.0299
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ