“Qızıl oğlan” mükafatına namizədlər açıqlanıb

qizil oglan mukafatina namizedler aciqlanib

“Qızıl oğlan” mükafatına namizədlərin adları müəyyənləşib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, siyahıda 25 futbolçunun adı yer alıb.

 

Avropada aparıcı idman nəşrlərinin jurnalistləri arasında keçiriləcək 2017-ci ilin “qızıl oğlan”ı mükafatına namizədlər arasında Türkiyə yığmasının 2 futbolçusu da var. Bunlar “Vilyarreal”ın yeni transferi Enes Ünal və Dortmund “Borussiya”sını “Selta”ya dəyişən Əmrə Mordu.

 

Mükafata iddialı futbolçular bunlardı: Aaron Karikol (“Espanyol”), Jan-Keven Aqustin (“Leypsiq”), Rodriqo Bentankur (“Yuventus”), Stiven Berqveyn (PSV), Dominik Kelvert-Lyuin (“Everton”), Federiko Kyeza (“Fiorentina”), Osman Dembele (“Barselona”), Amadu Diavara (“Napoli”), Kasper Dolberq (“Ayaks”), Canluici Donnarumma (“Milan”), Qabriel Jezus (“Mançester Siti”), Jozef Qomes (“Liverpul”), Benjamin Henriks (“Bayer”), Borxa Mayoral (“Real”), Kilian Mbappe (PSJ), Əmrə Mor (“Selta”), Ris Oksford (“Borussiya”, Mönhenqladbax), Kristian Puluşiç (“Borussiya”, Dortmund), Markus Reşford (“Mançester Yunayted”), Allan Sen-Maksimen (“Nitsa”), Dominik Solanke (“Liverpul”), Teo Ernandes (“Real”), Yuri Tilemans (“Monako”), Enes Ünal (“Vilyarreal”), Kayl Oulker-Piters (“Tottenhem”).

 

Qeyd edək ki, “qızıl oğlan” mükafatı yaşı 21-dən yuxarı olmayan futbolçulara verilir.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • gurcustandaki neriman nerimanov adina medeniyyet evi ile bagli 15 illik muemma arasdirma
    Gürcüstandakı “Nəriman Nərimanov adına Mədəniyyət Evi” ilə b...
  • qebelede beynelxalq yarisa ve umumrespublika birinciliyine start verilib
    Qəbələdə beynəlxalq yarışa və ümumrespublika birinciliyinə s...
qebelede beynelxalq yarisa ve umumrespublika birinciliyine start verilib qebelede beynelxalq yarisa ve umumrespublika birinciliyine start verilib +2
MƏZƏNNƏ
FOREX
/ 25 İyun, 2018

USD
1.7
 
EUR
1.981
 
RR
0.0269