Riçard Almeyda Azərbaycan yığmasında oynaya bilər

ricard almeyda azerbaycan yigmasinda oynaya biler

“Riçard Almeyda gələn ildən Azərbaycan yığmasında oynaya bilər”. Bu sözləri apasport.az saytına açıqlamasında AFFA-nın baş katibi Elxan Məmmədov deyib.

 

O bildirib ki, “Qarabağ”ın braziliyalı futbolçusu ilə yanvarda görüş olacaq. Həmin görüşdə AFFA rəsmiləri Almeydanın Azərbaycan yığmasında oynamaq məsələsini yekun olaraq, müzakirə edəcəklər: “Bildiyiniz kimi, Almeyda artıq 4 il yarımdı ki, Azərbaycandadı. Gələn ilin iyununda onun ölkəmizdə 5 ili tamam olacaq. Yanvardakı görüş zamanı Riçarda millimizdə oynamağı təklif edəcəyik. Əgər razılıq əldə olunsa, Almeyda iyun ayından etibarən Azərbaycan yığmasının formasını geyinəcək”.

 

Elxan Məmmədov söhbət əsnasında Almeydanın ilkin razılığını aldıqlarını bildirib.

 

Qeyd edək ki, “Qarabağ”ın aparıcı üzvlərindən olan Riçard Almeyda bir müddət öncə mətbuata açıqlamasında Azərbaycan millisinin formasını geyinməyə hazır olduğunu demişdi.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

09:18 22 Fevral
22:29 21 Fevral
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • novruz memmedov assosiasiya sazisi teklif eden avropa ittifaqi azerbaycanin erazi butovluyunu tanimirdi
    Novruz Məmmədov: "Assosiasiya sazişi təklif edən Avropa İtti...
  • air arabia sarjadan bakiya ucuslar yerine yetirecek
    "Air Arabia" Şarjadan Bakıya uçuşlar yerinə yetirəcək
air arabia sarjadan bakiya ucuslar yerine yetirecek air arabia sarjadan bakiya ucuslar yerine yetirecek +2
MƏZƏNNƏ
FOREX
/ 22 Fevral, 2017

USD
1.7447
 
EUR
1.8399
 
RR
0.0304
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ