Robert Prosineçki: “O klubda işləmək çətindi”

robert prosinecki o klubda islemek cetindi

“Srvena Zvezda” böyük klubdu. İndiki məqamda orada nələrin baş verdiyini bilmirəm. Amma klubun böyük ambisiyaları var”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki deyib.

 

Xorvatiya mətbuatına açıqlama verən Prosineçki vaxtilə çalışdırdığı “Srvena Zvezda” klubu haqda danışıb.

 

48 yaşlı mütəxəssis hazırda baş məşqçi axtarışında olan Serbiya klubunda işləməyin çətinliklərindən bəhs edib: “Təbii ki, “Srvena Zvezda”nın baş məşqçisi olmaq çox çətindi. Mən bu komandanı çalışdırmışam, “Srvena Zvezda”da işləməyin nə demək olduğunu yaxşı bilirəm. Düzdü, hər yerdə belədi. Amma digər yerlərlə müqayisədə “Srvena Zvezda”nın baş məşqçisi olmaq daha çətindi. Çünki gözləntilər böyükdü”.

 

Prosineçki hazırda Xorvatiyanın “Riyeka” klubunu çalışdıran Matyaj Kekin “Srvena Zvezda”nın baş məşqçisi postuna keçmək ehtimalını dəyərləndirib. O, sloveniyalı mütəxəssisin Xorvatiyada yaxşı işlər gördüyünü vurğulayıb: “Kekin Xorvatiyada əla komandası var. “Riyeka” yaxşı klubdu. Sizə bir söz deyim. Kek “Riyeka”nın “sükanı arxası”na keçəndə doğru seçim etmişdi. Düzdü, o, bu kluba qədər də özünü tanıtdırmışdı. Lakin etiraf etmək lazımdı ki, “Riyeka”da yaxşı iş görüb. Amma “Srvena Zvezda”ya getsə, “Riyeka” ilə müqayisədə uğur qazanması daha çətin olacaq. Mətbuatdan oxuyuram və bildiyim qədərilə “Srvena Zvezda” hazırda panikadadı, baş məşqçisi istefa verib. Bu klubda işləmək, həqiqətən, çətindi”.

 

Qeyd edək ki, Robert Prosineçki 2010-2012-ci illərdə “Srvena Zvezda”nın baş məşqçisi olub. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • mancesterde toredilen terror akti neticesinde 19 nefer olub yenilenib 2
    Mançesterdə törədilən terror aktı nəticəsində 19 nəfər ölüb ...
  • islamiadanin baglanis merasiminden goruntuler fotosessiya
    İslamiadanın bağlanış mərasimindən görüntülər - FOTOSESSİYA...
islamiadanin baglanis merasiminden goruntuler fotosessiya islamiadanin baglanis merasiminden goruntuler fotosessiya +2
MƏZƏNNƏ
FOREX
/ 23 May, 2017

USD
1.7023
 
EUR
1.9047
 
RR
0.03
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ