Tahir Gözəl: “Avropa ciddi “Qarabağ” görəcək”

tahir gozel avropa ciddi qarabag gorecek

Bakı – APA. “Oyun çox gərgin başladı. Hər iki komanda başabaş mübarizə apardı”. Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın vitse-prezidenti Tahir Gözəl deyib.

 

Azərbaycan kubokunun finalında “Qəbələ” ilə qarşılaşan Ağdam təmsilçisi 2:0 hesablı qələbə qazanaraq, ölkə çempionluğundan sonra kuboku da başı üzərinə qaldırıb.


Naxçıvanda baş tutan matçdan sonra fikirlərini bildirən Gözəl sevincli olduğunu söyləyib: “Qarabağ”ı dəstəkləmək üçün bura gələn azarkeşlərimizi təbrik edirəm. Naxçıvan xalqının dəstəyi, ab-hava əla idi. Təşkilatçılığa görə Vasif Talıbova minnətdarlığımı bildirirəm. Əlbəttə ki, sevincliyik. Oyunun ikinci hissəsində temp yüksəldi. Komandamızın ikinci qolundan sonra rahatlaşdım. Hesab edirəm ki, “Qarabağ” bu gün tarix yazdı. Azərbaycanda ilk dəfədi ki, bir komanda ardıcıl 3 mövsüm “qızıl dubl” edir. Bu, böyük bir tarixdi, nailiyyətdi”.

 

Gələn mövsümlə bağlı hədəflərindən də söz açan klub rəhbəri məqsədlərinin Çempionlar Liqasının qrup mərhələsinə adlamaq olduğunu vurğulayıb: “Bundan sonrakı hədəf Çempionlar Liqasında uğurlu iştirakdı. Üç dəfə qapını döymüşük, alınmayıb. Həmişə də qapını döyəcəyik. Avropa qarşısında ciddi bir komanda görəcək. Baş məşqçimizə transfer seçimlərində uğurlar arzu edirəm. İnanıram ki, ən uğurlu oyunçuları seçəcək. Hədəfimiz Qarabağın adını idmanda sülhsevər kimi tanıtmaqdı”.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

12:55 20 İyul
09:05 20 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • gurcustanda yangin neticesinde uc azerbaycanli aile evsiz qalib
    Gürcüstanda yanğın nəticəsində üç azərbaycanlı ailə evsiz qa...
  • lenkeran ve lerik rayonlarinin serhedinde yangin olub
    Lənkəran və Lerik rayonlarının sərhədində yanğın olub...
lenkeran ve lerik rayonlarinin serhedinde yangin olub lenkeran ve lerik rayonlarinin serhedinde yangin olub +2
MƏZƏNNƏ
FOREX
/ 20 İyul, 2017

USD
1.7017
 
EUR
1.959
 
RR
0.0288
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ