Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Tehrana səfər edib

azerbaycan herbi deniz quvvelerinin numayende heyeti tehrana sefer edib

Hərbi Dəniz Qüvvələri komandanı vəzifəsini icra edən 1-ci dərəcəli kapitan Zaur Hümmətovun rəhbərlik etdiyi nümayəndə heyəti Tehran şəhərində keçirilən Hind okeanı sahili ölkələrinin Hərbi Dəniz Qüvvələrinin 6-cı simpoziumunda iştirak edir.

 

Müdafiə Nazirliyindən APA-ya bildirilib ki, aprelin 25-dək davam edəcək simpoziumda dünyanın 35 ölkəsini təmsil edən donanma komandanları tərəfindən dəniz təhlükəsizliyi  sahəsində əməkdaşlıq, regional dəniz problemləri və üzv dövlətlər arasında əlaqələrin daha da genişləndirilməsi məsələləri müzakirə olunacaq.


Azərbaycan nümayəndə heyəti, həmçinin simpoziumla eyni vaxtda təşkil olunan Xəzəryanı ölkələrin Hərbi Dəniz Qüvvələrinin komandanlarının 3-cü iclasında da iştirak edəcəkdir. İclasda regional təhlükəsizliyin təmin edilməsi sahəsində qarşılıqlı fəaliyyətlərə dair fikir mübadiləsi aparılacaq.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • qudret qurbanov azerbaycan bayragi altinda uzen gemilerde tehlukesizliyin temin olunmasi ucun beynelxalq konvensiyalarin teleblerine ciddi riayet olunub
    Qüdrət Qurbanov: “Azərbaycan bayrağı altında üzən gəmilərdə ...
  • turkpa turkiyede seckiler beynelxalq standartlara uygun kecirilib
    TÜRKPA: Türkiyədə seçkilər beynəlxalq standartlara uyğun keç...
turkpa turkiyede seckiler beynelxalq standartlara uygun kecirilib turkpa turkiyede seckiler beynelxalq standartlara uygun kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 25 İyun, 2018

USD
1.7
 
EUR
1.981
 
RR
0.0269