Azərbaycan MN: Ermənistan törədəcəyi təxribatlara zəmin yaratmağa çalışır

azerbaycan mn ermenistan toredeceyi texribatlara zemin yaratmaga calisir

“Silahlı Qüvvələrimiz atəşkəs rejiminə əməl etməklə, təxribatların qarşısının alınması məqsədilə bütün tədbirləri görməyə hazırdır”

 

Bakı – APA. “Cəbhə xəttində vəziyyətin gərginləşməsi ilə bağlı Ermənistan təbliğatı tərəfindən ortaya atılan və bəzi yerli, eləcə də xarici kütləvi informasiya vasitələrinin yaydığı məlumatlar məqsədyönlü xarakter daşıyır”.
 

APA-nın xəbərinə görə, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin bəyanatında bildirilir. Bəyanatda deyilir:

 

“Bir daha bildiririk ki, Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələri vasitəçilərin təşəbbüsü ilə əldə olunan bütün razılaşmalara dəqiq riayət edir. Azərbaycan tərəfi münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq həllinin tərəfdarıdır. Qarşı tərəfin cəbhə xəttindəki son vəziyyətlə bağlı yaydığı dezinformasiyalar Ermənistandakı daxili hərbi-siyasi gərginlikdən qaynaqlanır və danışıqlar prosesinin pozulmasına, eləcə də törədəcəkləri təxribatlar üçün zəmin yaradılmasına hesablanıb. Bəyan edirik ki, Silahlı Qüvvələrimizin bölmələri atəşkəs rejiminə ciddi əməl etməklə, düşmən tərəfinin istənilən fəaliyyətini nəzarətdə saxlayır və təxribatların qarşısının alınması məqsədilə bütün tədbirləri görməyə tam hazırdır”.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • jurnalist rasim eliyevin olumunde teqsirlendirilen sexslerin apellyasiya sikayetleri temin edilmeyib
    Jurnalist Rasim Əliyevin ölümündə təqsirləndirilən şəxslərin...
  • azerbaycanda 17 rayonda 23 modul tipli mekteb qurasdirilir
    Azərbaycanda 17 rayonda 23 modul tipli məktəb quraşdırılır...
azerbaycanda 17 rayonda 23 modul tipli mekteb qurasdirilir azerbaycanda 17 rayonda 23 modul tipli mekteb qurasdirilir +2
MƏZƏNNƏ
FOREX
/ 27 Aprel, 2017

USD
1.7025
 
EUR
1.8627
 
RR
0.0304
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ