Azərbaycan Ordusunun 100 illiyinə həsr olunmuş elmi-praktiki konfrans keçirilib

İyunun 20-də Silahlı Qüvvələrin Hərbi Akademiyasının təşkilatçılığı ilə Müdafiə Nazirliyinin Təlim və Tədris Mərkəzində ordumuzun yaranmasının 100 illiyinə həsr olunmuş “Azərbaycanda Ordu quruculuğu və hərb elmi” mövzusunda elmi-praktiki konfrans keçirilib.

 

MN-dən APA-ya verilən məlumata görə, tədbirdə Müdafiə Nazirliyinin, xüsusi təyinatlı təhsil müəssisələrinin və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

 

Silahlı Qüvvələrin Hərbi Akademiyasının rəisi, general-leytenant Heydər Piriyev prezident İlham Əliyevin sərəncamı ilə 2018-ci il “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsini qeyd edərək Heydər Əliyevin Cümhuriyyət ordusu ilə başlanan hərb tariximizi, ordu quruculuğu təcrübəsini yeni bir səviyyəyə qaldırdığını, müasir, müstəqil ordumuzun əsasını qoyduğunu və Azərbaycanın müstəqilliyini qorumağa qadir olan bir ordunun memarına çevrildiyini xüsusi vurğulayıb.

 

Bildirilib ki, bu gün Azərbaycan ordusu dünyanın ən güclü orduları sırasında yer tutmaqdadır və bu nailiyyətin əldə edilməsi ordu quruculuğuna Ali Baş Komandan İlham Əliyevin gündəlik diqqətinin və qayğısının nəticəsidir.

 

Azərbaycan Respublikası Prezident yanında Bilik Fondunun aparat rəhbəri, hüquq elmləri doktoru, professor İsaxan Vəliyev və tarix elmləri doktoru, dosent Mehman Süleymanov qeyd ediblər ki, Cümhuriyyət dövründə yaranan ordu Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunmasında xalqın və dövlətin ona bağladığı ümidləri doğrulda bilib.

 

Daha sonra Azərbaycan Ordusunun yaranmasının 100 illiyinə həsr edilmiş kitablar tədbir iştirakçılarına təqdim edilib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
13:04 18 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • semkirde yol qezasinda xesaret alanlarin kimliyi melum olub yenilenib
    Şəmkirdə yol qəzasında xəsarət alanların kimliyi məlum olub ...
  • italiya prezidentine heyder eliyev ordeni teqdim edilib
    İtaliya prezidentinə “Heydər Əliyev” ordeni təqdim edilib...
italiya prezidentine heyder eliyev ordeni teqdim edilib italiya prezidentine heyder eliyev ordeni teqdim edilib +2
MƏZƏNNƏ
FOREX
/ 19 İyul, 2018

USD
1.7
 
EUR
1.9794
 
RR
0.0271