Azərbaycan-Rusiya hərbi əməkdaşlığında vacib rola malik strateji müəssisələrdən - REPORTAJ

azerbaycan rusiya herbi emekdasliginda vacib rola malik strateji muessiselerden reportaj

Rusiyanın aviasiya sahəsində fəaliyyət göstərən iki əsas müəssisəsi öz qapılarını xarici jurnalistlərə, o cümlədən APA agentliyinin Rusiya müxbirinə açıb. Əməkdaşımız Sankt-Peterburq şəhərində yerləşən strateji əhəmiyyətli müəssisələrdən reportaj hazırlayıb.

 

Azərbaycan, İran və Livanı təmsil edən jurnalistlər üçün təşkil edilən press-tur Sankt-Peterburq şəhərindəki “Texpribor” zavodunun muzeyindən başlanıb. Muzeydə ölkənin müdafiə sənayesi tarixini əks etdirən eksponatlar nümayiş olunur. 75 illik tarixə malik bu zavodun istehsalı olmadan SSRİ-nin, hazırda isə Rusiyanın aviasiya və kosmik sənayesini təsəvvür etmək mümkün deyil.

 

 

 

Təyyarə qəzalarından sonra eşitdiyimiz məşhur “qara qutu”lar məhz bu zavodun istehsalıdır. “Qara qutu” deyilməsinə baxmayaraq, qutunun rəngi narıncıdır.

 

 

 

 

İlk baxışdan maraqsız görünən bu cihaz və detallar uçuş aparatlarının yanacaq-ölçmə və radionaviqasiya sistemləri, bomba atan hədəf avadanlıqlarıdır.

 

 

 

 

Zavodun kosmik sənaye sahəsindəki nailiyyətləri az deyil. Hətta kosmik sənaye "Texpribor"un fəaliyyətinin əsas istiqaməti olub. Zavodun əməkdaşı Lidiya Markova muzeyin yaradıcılarından biri sayılır. O bildirir ki, muzeydə nümayiş olunan eksponatların hər biri tarixdir: “Zavodun istehsal etdiyi bu unikal cihazdan 1961-ci ildə Yuri Qaqarin “Vostok” uçuş gəmisində kosmosu fəth edərkən istifadə edib. Bunlar isə havanın, suyun temperaturunu ölçən kosmik cihazlardır. Ötən əsin 80-ci illərinə qədər Sovet İttifaqı kosmosda məhz bu cihazlardan istifadə edib”.

 

 

 

 

Bu isə məşhur “Qlobus”dur – uçuş gəmilərinin Yer kürəsinə nisbətdə yerləşdiyi mövqeni və endiyi nöqtəni göstərən indikator. “Texpribor”un istehsalıdır.

 

 

 

L. Markova deyir ki, "Texpribor"un xidmətlərini sonradan Sovet İttifaqı Qəhrəmanı olan kosmonavtlar Vladimir Titov, Aleksey Yeliseyev, Aleksey Leonov və başqaları muzeyə öz ziyarətləri ilə təsdiqləyiblər: “Bu kitabda isə Vladimir Titovun zavodla bağlı sözlərinə baxa bilərsiniz”.

 

 

 

“Texpribor”a səfərimizin əsas məqsədi Rusiyanın son model MS-21 mülki təyyarəsinin yanacaqölçmə kompleksi ilə tanışlıq idi. 

 

 

 

Mühəndis Yuri Novikov qeyd edir, bu avadanlıq ilk növbədə təyyarənin təhlükəsizliyinin təminatçısıdır: ”Biz təyyarənin yanacaq çənini götürüb, ona aid olan nasos, klapan, hidravlika sistemini, bütün yanacaq çəni aparatını qurmaqla, təyyarənin tam funksional yanacaq sisteminin imitatorunu yaratmışıq. Bu, çox vacibdir. Çünki uçuş vaxtı klapan işləmədikdə pilotun bircə şansı qalır, o da katapult etməkdir. Bu sistemi yaratmaqda məqsədimiz uçuşdan öncə yerdə təyyarənin yanacaq sistemində mövcud ola biləcək problemləri bütün vəziyyətlərdə öyrənməklə, təyyarəni texniki nasazlıqdan sığorta etməkdir”.

 

 

 

Press-tura qatılan jurnalistlərin neft ixrac edən ölkələrin nümayəndələri olmasını nəzərə alan təşkilatçılar “Texpribor”un neft məhsullarının kəmiyyət və keyfiyyətini nəzarətdə saxlayan multisensorlu cihaz-proqram komplekslərini də nümayiş etdirdilər.

 

 

 

Cihazın yaradıcılarından biri, mühəndis Andrey Novikov bu cihazın quyu ilə əlaqə olmadan təbii vaxt rejimində neftin tərkib və kəmiyyətini ölçə bilmə imkanına malik olduğunu söyləyir: “Bildiyimiz kimi, neft məhsulu üç komponentdən - neft, qaz və sudan ibarətdir. Neft məhsulunu bir saniyə ərzində bu cihaza daxil etməklə, onun tərkibi haqda bütün məlumatı əldə edə bilirik”. 

 

A. Novikovun dediyinə görə, bu cihazdan dünyanın ən böyük neft şirkətləri istifadə edirlər.

 

“Ramenskoe Cihazqayırma Konstruktor Bürosu”

 

Press-turun növbəti dayanacağı məşhur “Ramenskoe Cihazqayırma Konstruktor Bürosu” oldu. Bu zavod hərbi və mülki təyyarə, helikopter və pilotsuz uçuş aparatları üçün bort və radioelektron təchizat sahəsində dünya liderlərindən biri sayılır. Müəssisə “Suxoy”, MİQ, “Kamov” təyyarə və helikopter istehsalı zavodlarının əsas tərəfdaşı hesab olunur. Bu zavod Avropa, Asiya və Afrika ölkələri ilə əməkdaşlıq edir. Zavodun istehsal etdiyi optik elektron, naviqasiya hədəf kompleksləri MİQ və “Suxoy” təyyarələri, “Mi-8” və “Mi-17” helikopterlərində istifadə olunur.

 

 

 

 

 

“Ramenskoe Cihazqayırma Konstruktor Bürosu”nun baş direktoru Danil Brenerman zavodun Rusiyanın aviaelektronika sahəsində əsas müəssisəsi olduğunu bildirir: “Rusiya istehsalı olan aviasiya bu gün hansı ölkədə istifadə edilirsə, deməli, bizim büro ilə əməkdaşlıq vacibdir. Bizim əməkdaşlıq coğrafiyamız Rusiya istehsalı olan aviasiyanın istifadə olunduğu bütün ölkələri əhatə edir”.

 

 

 

D. Brenerman müəssisənin gələcəyin aviatexnikası sahəsində uğurlar əldə etdiyini də vurğulayır: “Biz bu gün 20-25 il bundan sonra istifadə ediləcək avadanlığı hazırlayırıq”.

 

Qeyd edək ki, Azərbaycan hərbi-texniki sahədə Rusiya ilə yaxından əməkdaşlıq edir. Azərbaycan Silahlı Qüvvələrinin arsenalındakı hərbi texnikanın böyük hissəsi məhz Rusiya istehsalıdır. Azərbaycan ordusunda olan MİQ qırıcı təyyarələri, “Mi-17” və “Mi-8” helikopterləri bu müəssisə ilə əlaqələrin vacibliyini göstərir.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

15:36 29 Aprel
09:56 29 Aprel
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • agdasda magazadan ogurluq eden iki nefer saxlanilib
    Ağdaşda mağazadan oğurluq edən iki nəfər saxlanılıb
  • erdogan abs ve terror teskilatinin bayraqlarinin birge dalgalanmasi bizi teessuflendirir
    Ərdoğan: ABŞ və terror təşkilatının bayraqlarının birgə dalğ...
erdogan abs ve terror teskilatinin bayraqlarinin birge dalgalanmasi bizi teessuflendirir erdogan abs ve terror teskilatinin bayraqlarinin birge dalgalanmasi bizi teessuflendirir +2
MƏZƏNNƏ
FOREX
/ 30 Aprel, 2017

USD
1.7025
 
EUR
1.8495
 
RR
0.0299
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ