Bahar Muradova: “2017-ci ildə də müdafiə qabiliyyətinin gücləndirilməsi prioritet istiqamət kimi qarşıya qoyulub”

bahar muradova 2017 ci ilde de mudafie qabiliyyetinin guclendirilmesi prioritet istiqamet kimi qarsiya qoyulub

“Dövlətin 2017-ci il üzrə büdcəsi Azərbaycanın gələn ildəki vəzifələrini yerinə yetirmək üçün mövcud reallıqlara uyğun şəkildə hazırlanıb”.

 

APA-nın məlumatına görə, bunu Milli Məclisin sədr müavini Bahar Muradova  büdcə müzakirələri zamanı çıxış edərkən deyib.

 

Büdcədə Azərbaycanın müdafiə qabiliyyətinin gücləndirilməsi məqsədilə ayrılan vəsaitlə bağlı danışan B. Muradova bildirib ki, 2017-ci ildə bu sahəyə ayrılan vəsait büdcənin 24 faizini təşkil edir, bu da ötən illə müqayisədə 2,1 faiz çoxdur: “Bu da onu göstərir ki, növbəti ildə də Azərbaycan müdafiə qabiliyyətinin gücləndirilməsini prioritet istiqamət kimi qarşıya qoyub. Bu da təsadüfü deyil. Ötən il baş verən hadisələr, xüsusilə də aprel hadisələrindən sonrakı durum, danışıqlar prosesindəki mövcud vəziyyət, Ermənistanın qeyri-konstruktiv mövqeyi ölkəmizin bu istiqaməti daim diqqət mərkəzində saxlamasını labüd edir. Çünki son nəticədə bu məsələnin həllində Azərbaycanın öz gücünə istinad etməli olduğuna inam getdikcə daha da möhkəmlənməkdədir. Əlbəttə, bu, həm ordunun qüdrətinin artırılmasına, eləcə də bu sahədə çalışan, xidmət edən Azərbaycan vətəndaşlarının, hərbçilərin, zabitlərin, əsgərlərin təminatına, onların maddi və sosial durumunun yaxşılaşdırılmasına, müdafiə sənayesinin inkişafına yönəlib. Hesab edirəm ki, bu sahədəki nailiyyətlərimiz, beynəlxalq aləmdə hərbi sursat istehsal edən ölkələr sırasında Azərbaycanın rolunun artması ölkəmizin doğru yolda olduğunu göstərir. Lazım gəldikdə, öz istehsalımız olan silah-sursatdan ölkənin ərazi bütövlüyünü və müdafiəsini təmin etmək üçün istifadə ediləcək. Azərbaycan prezidenti İlham Əliyev bütün bunları təmas xəttinə səfəri zamanı növbəti dəfə qeyd etdi”.

 

B. Muradovanın sözlərinə görə, atılan addımlar həyat şəraitinin yaxşılaşdırılmasını istəyən qaçqın və məcburi köçkünlərdə ümid doğurur, stimul yaradır: “Vətəndaşlarımızın regiona qayıdıb, orada məskunlaşması, xüsusilə bu yerlərin dirçəldilməsi ilə bağlı həyata keçirilən işləri xüsusi qeyd etmək lazımdır. Dövlətin ayırdığı vəsait hesabına çoxlu sayda obyekt tikilib, infrastruktur yaradılıb. Regionların tarazlı inkişafı ilə əlaqədar ciddi siyasət yeridilir. Amma düşünürəm ki, həmin bölgələrdə aqrar sahənin inkişafı üçün güzəştli kreditlərin verilməsinə ehtiyac var. Bundan başqa, xidmət sahəsinə güzəştli kreditlər ayrıla bilər ki, bu da yeni iş yerlərinin açılmasına imkan yarada bilər. Bütün bunları dövlətin hesabına etmək düzgün deyil. Azərbaycanda çoxlu sayda iş adamları, biznes fəalları var ki, onların təmas xəttinə yaxın ərazilərdə yaşayan insanların məşğulluğunu təmin etmək, ölkənin ərzaq təhlükəsizliyini möhkəmləndirmək, yeni iş yerləri açmaq üçün addımlar atması lazımdır. Bunun üçün həm mərkəzi, həm də yerli icra orqanları lazımi şərait yaratmalıdır”.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

12:55 20 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • belcika sefiri alxanlida bas verenler facie idi
    Belçika səfiri: "Alxanlıda baş verənlər faciə idi"
  • bakida belcikanin musteqillik gunu qeyd olunub
    Bakıda Belçikanın Müstəqillik Günü qeyd olunub
bakida belcikanin musteqillik gunu qeyd olunub bakida belcikanin musteqillik gunu qeyd olunub +2
MƏZƏNNƏ
FOREX
/ 21 İyul, 2017

USD
1.7017
 
EUR
1.959
 
RR
0.0288
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ