Berlində Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyinə həsr edilmiş təntənəli ziyafət keçirilib

Berlin şəhərində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 100-cü ildönümü münasibətilə rəsmi ziyafət keçirilib.

 

Azərbaycanın Almaniyadakı səfirliyindən APA-ya verilən məlumata görə, tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ramin Həsənov müsəlman Şərqində ilk dünyəvi və demokratik respublikanın məhz Azərbaycanda qurulduğunu, onun qısa müddət yaşamasına baxmayaraq, Azərbaycan xalqının inkişafı və maariflənməsinə, habelə onun dövlətçilik ənənələrinin yenidən canlandırılmasına xüsusi töhfələr verdiyini, bu səbəbdən AXC-nin Azərbaycan xalqının yaddaşında dərin izlər buraxdığını və müasir Azərbaycan Respublikasının özünü AXC-nin varisi elan etdiyini bildirib.

 

Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal edilməsi faktı və işğalın Azərbaycan üçün doğurduğu nəticələr haqda tədbir iştirakçılarını məlumatlandıran səfir ərazi bütövlüyümüzün bərpa olunmasının Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biri olduğunu vurğulayıb.

 

Azərbaycanın Almaniya Federativ Respublikasındakı səfirliyinin hərbi attaşesi, polkovnik Mahir Bayramov Azərbaycan Silahlı Qüvvələrinin yaranması, inkişafı tarixi və beynəlxalq sülhməramlı əməliyyatlara töhfəsindən bəhs edərək, Azərbaycanın beynəlxalq sülh və təhlükəsizliyin qorunmasında inamlı tərəfdaş olduğunu vurğulayıb. O, Azərbaycanın NATO ilə əməkdaşlığa xüsusi diqqət ayırdığını və NATO-nun beynəlxalq əməliyyatlarına dəstək verdiyini qeyd edərək Azərbaycan ordusunun ən müasir silah və hərbi texnika ilə təchiz edilməsi ilə yanaşı 2005-ci ildən etibarən ölkəmizin hərbi sursat, silah və ləvazimatlar istehsal etməyə başladığını söyləyib.

 

Qəbul zamanı Azərbaycan və onun silahlı qüvvələri barədə videomateriallar nümayiş etdirilib, qonaqlara Azərbaycan mətbəxinin nümunələri təqdim olunub.

 

Tədbirdə AFR Silahlı Qüvvələrinin və Müdafiə Nazirliyinin yüksək rütbəli zabitləri, digər dövlət qurumlarının təmsilçiləri, xarici ölkələrin Berlindəki səfirliklərinin hərbi attaşeləri, diplomatik korpusun nümayəndələri, Almaniyadakı Azərbaycan diasporunun üzvləri və mətbuat nümayəndələri iştirak ediblər.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

10:05 21 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • sumqayitda ucmertebeli magaza yanib yenilenib
    Sumqayıtda üçmərtəbəli mağaza yanıb - YENİLƏNİB
  • sehid esger qebelede defn edilib
    Şəhid əsgər Qəbələdə dəfn edilib
sehid esger qebelede defn edilib sehid esger qebelede defn edilib +2
MƏZƏNNƏ
FOREX
/ 22 İyul, 2018

USD
1.7
 
EUR
1.9828
 
RR
0.0267