Daxili Qoşunların bir qrup hərbçisi mükafatlandırılıb

daxili qosunlarin bir qrup herbcisi mukafatlandirilib

Daxili işlər naziri general-polkovnik Ramil Usubovun əmrinə əsasən, Daxili Qoşunların bir qrup hərbi qulluqçusu “Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı” və “Qüsursuz xidmətə görə” 1-ci, 2-ci, 3-cü dərəcəli medalları ilə mükafatlandırılıb.

 

APA-nın xəbərinə görə, bu münasibətlə Daxili Qoşunların Baş İdarəsində mükafatların təqdim edilməsi mərasimi keçirilib.
 
Daxili işlər nazirinin müavini - Daxili Qoşunların Komandanı general-leytenant Şahin Məmmədov mükafatları hərbi qulluqçulara təqdim edib.
 
Qeyd edək ki, müvafiq əmrə əsasən, ümumilikdə, 339 nəfər hərbi qulluqçu medallarla təltif edilib. Onlardan 23 nəfərə “Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı”, 39 nəfərə  1-ci dərəcəli, 86 nəfərə 2-ci dərəcəli, 191 nəfərə isə 3-cü dərəcəli “Qüsursuz xidmətə görə” medalı təqdim olunub.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

10:05 21 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • sumqayitda ucmertebeli magaza yanib yenilenib
    Sumqayıtda üçmərtəbəli mağaza yanıb - YENİLƏNİB
  • sehid esger qebelede defn edilib
    Şəhid əsgər Qəbələdə dəfn edilib
sehid esger qebelede defn edilib sehid esger qebelede defn edilib +2
MƏZƏNNƏ
FOREX
/ 22 İyul, 2018

USD
1.7
 
EUR
1.9828
 
RR
0.0267