Elçin Quliyev: “Ölkənin sərhəd mühafizəsi ən müasir səviyyəyə qaldırılıb”

Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçuları Yevlaxda 15 iyun – “Azərbaycan xalqının Milli Qurtuluş gü­nü”nün 25-ci ildönümünü ilə əlaqədar "Zəfərə doğru" adlı bayraq yürüşü keçiriblər.

 

Bu barədə APA-ya DSX-nın mətbuat mərkəzindən məlumat verilib.

 

Bildirilib ki, Xidmətin Yevlax rayonunda yerləşən hərbi his­səsində Döv­lət himninin səslənməsi ilə başlanan tədbirdə çıxış edən DSX-nın rəisi general-polkovnik Elçin Quliyev Azərbaycan xalqının “Milli Qurtuluş günü”nün 25-ci ildönümü münasibətilə şəxsi heyəti təbrik edib.

 

E. Quliyev xalqın tə­kidi ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyevin sarsılmaz ira­dəsi, əzmi və zən­gin döv­lətçilik təcrübəsi sayəsində qısa zaman ərzində ölkədə sabitliyi bərpa et­məsini, tənəzzülün qarşısını alaraq dövlətçiliyimizi qоru­masını, müstə­qil­liyi­mizin əbədiliyini və dönməzliyini təmin еtməsini xatır­la­dıb: “95 illik yubileyini qeyd etdiyimiz ümummilli lider Heydər Əliyevin dövlət sər­hədlərimizin qorunması, Azərbaycan sərhəd mühafizəsinin formalaşması və inki­şafı isti­qamə­tindəki xidmətləri, böyük dövlət xadiminin müəyyənləş­dirdiyi milli sər­həd strate­giyasının Azərbaycan Prezidenti, Silahlı Qüvvə­lərin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla həyata keçiril­məsi sayə­sində ölkəmizin sərhəd mühafizəsi ən müasir tələblər səviyyəsinə qaldırıl­ıb”.

 

Təntənəli düzülüşdən sonra 2 km uzunluqda dövlət bayra­ğımız başda DSX-nin rəhbər heyəti, generallar və zabitlər olmaqla 2000 nəfərdən çox sərhədçinin çiyinləri üzərində hərbi hissə­dən çıxarılaraq vətənpərvərlik mahnılarının sədaları və yerli sakin­lərin izdihamlı alqışları altında zəfər yürüşü keçirilib.

 

Yürüş iştirakçılarının önündə gedən Qarabağ atları üzərində sərhədçi süvarilərin başları üzərinə ucalt­dıqları dövlət bay­rağının tədbirə cəlb olun­muş zirehli döyüş tex­ni­­ka­larının üzərində də dalğalan­ması, bayrağımızdakı səkkiz guşəli ulduzu tərən­nüm edən 8 helikopterin qrup halında uçuşları tədbiri daha da möhtəşəm edib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
13:04 18 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • semkirde yol qezasinda xesaret alanlarin kimliyi melum olub yenilenib
    Şəmkirdə yol qəzasında xəsarət alanların kimliyi məlum olub ...
  • italiya prezidentine heyder eliyev ordeni teqdim edilib
    İtaliya prezidentinə “Heydər Əliyev” ordeni təqdim edilib...
italiya prezidentine heyder eliyev ordeni teqdim edilib italiya prezidentine heyder eliyev ordeni teqdim edilib +2
MƏZƏNNƏ
FOREX
/ 19 İyul, 2018

USD
1.7
 
EUR
1.9794
 
RR
0.0271