XƏBƏR LENTİ

Böyüt
TOP 5
Ölkədə və dünyada baş verən xəbərlərlə bağlı bildiriş almaq istəyirsinizmi?

Ermənistan Silahlı Qüvvələrinin Xocavənd rayonunun Qaradağlı kəndini işğal etməsindən 18 il ötür

ermenistan silahli quvvelerinin xocavend rayonunun qaradagli kendini isgal etmesinden 18 il otur
Bakı. Ramil Məmmədli - APA. Bu gün Ermənistan Silahlı Qüvvələrinin Xocavənd rayonunun Qaradağlı kəndini işğal etməsindən 18 il ötür. APA-nın məlumatına görə, erməni hərbi birləşmələri Rusiya Silahlı Qüvvələrinin Xankəndidə dislokasiya olunan 366-cı motoatıcı alayının hərbi texnikasının və canlı qüvvəsinin dəstəyi ilə 1992-ci il fevralın 15-dən başlayaraq, azərbaycanlılar yaşayan Qaradağlı kəndinə hücum edib. İki gün çəkən ağır döyüşdən sonra mühasirəni yaran ermənilər fevralın 17-də kəndi işğalı ediblər.

İşğal zamanı kənd tamamilə dağıdılıb, dinc, əliyalın əhaliyə, günahsız uşaqlara, qadınlara və qocalara amansızcasına divan tutulub. Faciə nəticəsində Qaradağlıdan girov götürülən 117 kənd sakinindən 80-ə yaxını xüsusi amansızlıqla qətlə yetirilib, 6 nəfər itkin düşüb, 9 nəfərin isə şahid ifadələrinə əsasən, əsir götürüldüyü sübut olunub.

Şahid ifadələrinə görə, əsir götürülən azərbaycanlıların 43 nəfəri Xankəndinin 2 kilometrliyində güllələnib. Sonra isə onlardan bəzilərinin başları kəsilib.

Qaradağlı indi də işğal altındadır.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • gencede iki vaz toqqusub xesaret alan var
    Gəncədə iki “VAZ” toqquşub, xəsarət alan var
  • gurcustanda serab heftesi kecirilir
    Gürcüstanda şərab həftəsi keçirilir
gurcustanda serab heftesi kecirilir gurcustanda serab heftesi kecirilir +2
MƏZƏNNƏ
FOREX
/ 30 Sentyabr, 2016

USD
1.6252
 
EUR
1.825
 
RR
0.0258
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ