Gürcüstanın daxili işlər naziri Azərbaycan Sərhəd Qoşunlarının komandanını qəbul edib

gurcustanin daxili isler naziri azerbaycan serhed qosunlarinin komandanini qebul edib

Gürcüstanın daxili işlər naziri Georgi Mqebrişvili ölkədə işgüzar səfərdə olan Azərbaycanın Sərhəd Qoşunları komandanı, general-polkovnik Elçin Quliyevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

 

APA-nın Gürcüstan bürosunun DİN-in mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, E. Quliyev əvvəlcə Gürcüstan Sərhəd Xidmətinin rəisi, sonra Gürcüstanın daxili işlər naziri ilə görüş keçirib. Görüşdə iki ölkə arasında sərhədlərin mühafizəsi və təhlükəsizliyin təmin edilməsi məsələləri müzakirə olunub. Gürcüstan və Azərbaycan arasındakı sərhəd xəttinin delimitasiyası da müzakirə edilib. Qərara alınıb ki, yaxın vaxtlarda sərhədlərin delimitasiyası və demarkasiyası məsələlərinin həlli istiqamətində iki ölkənin sərhəd qurumları arasında əməkdaşlığın daha da gücləndirilməsi haqqında memorandum işlənib hazırlansın. 
 

Gələcəkdə həyata keçiriləcək layihələr, sərhəd infrastrukturunun müasir standartlara cavab verməsi və tərəflər arasında gələcək əməkdaşlığın perspektivləri də diqqət mərkəzində olub.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • azerbaycanli pianocu xxiv istanbul caz festivalinda cixis edecek
    Azərbaycanlı pianoçu XXIV İstanbul caz festivalında çıxış ed...
  • bakida pakistan milli gunu munasibeti ile resmi qebul kecirilib
    Bakıda Pakistan Milli Günü münasibəti ilə rəsmi qəbul keçiri...
bakida pakistan milli gunu munasibeti ile resmi qebul kecirilib bakida pakistan milli gunu munasibeti ile resmi qebul kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 29 Mart, 2017

USD
1.7201
 
EUR
1.8691
 
RR
0.0303
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ