Hərbi prokuror: “Silahlı qüvvələrdə baş verən intiharların sayı azalıb”

“İntihar təkcə hərbi hissələrdə, təkcə Azərbaycanda yox, dünyanın hər yerində baş verir. Amma çox gözəl nəticədir ki, ildən ilə Azərbaycanın silahlı qüvvələrində və təkcə Müdafiə Nazirliyində deyil, digər silahlı birləşmələrdə də baş verən intiharların sayı azalmaqda davam edir”. 
 
APA-nın məlumatına görə, bunu Azərbaycanın hərbi prokuroru Xanlar Vəliyev deyib. O, bildirib ki, intiharın müxtəlif səbəbləri olur: “Bəzən hərbi xidmətlə bağlı məsələlər də ola bilər. Bəziləri hərbi xidmətin gərginliyinə dözə bilmir, nizamnamə ilə tələb olunan hərəkətləri eləmir, bir-birlərinə qarşı nizamnamədən kənar qanunsuz hərəkətlər törədirlər. Bəzilərində isə ailə məişət məsələləri ilə bağlı və ya şəxsi sevgi münasibətləri ilə bağlı olur. İntihar hadisəsi, ümumiyyətlə, ölümlə nəticələnən hər bir hadisə hərbi prokurorluq tərəfindən qeydə alınır və cinayət işi başlanır, istintaq olunur. Hadisədə hər hansı şəxsin günahı müəyyən olunursa o, cinayət məsuliyyətinə cəlb edilir”.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

12:12 25 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • dim yanginla bagli texliye olunan abituriyentlere muraciet edib
    DİM yanğınla bağlı təxliyə olunan abituriyentlərə müraciət e...
  • erdogan qerbin turkiyeye qarsi embarqo planinin neticesiz olacagini beyan edib
    Ərdoğan Qərbin Türkiyəyə qarşı embarqo planının nəticəsiz ol...
erdogan qerbin turkiyeye qarsi embarqo planinin neticesiz olacagini beyan edib erdogan qerbin turkiyeye qarsi embarqo planinin neticesiz olacagini beyan edib +2
MƏZƏNNƏ
FOREX
/ 25 İyul, 2017

USD
1.7012
 
EUR
1.9839
 
RR
0.0284
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ