MN: Ermənistan ordusunun işğal olunmuş ərazilərdə təlimlərdə taktiki və ordu aviasiyasından istifadə edilməsi barədə xəbər şişirdilib

mn ermenistan ordusunun isgal olunmus erazilerde telimlerde taktiki ve ordu aviasiyasindan istifade edilmesi barede xeber sisirdilib

“Azərbaycanın işğal olunmuş ərazilərində keçirilən Ermənistan silahlı qüvvələrinin təlimləri zamanı guya taktiki və ordu aviasiyasından istifadə edilməsi ilə bağlı Ermənistan mətbuatının yaydığı xəbər şişirdilib və erməni auditoriyasına hesablanıb".

 

Bu barədə APA-ya Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

 

"Təlimlər zamanı Ermənistan silahlı qüvvələrinə məxsus yalnız iki Mi-24 tipli helikopter və iki Su-25 tipli təyyarə mayın 16-sı və 17-də uçuşlara cəlb olunub.

 

Helikopterlər mayın 16-da saat 08.45-də Erebuni aerodromundan qalxaraq Vardenis-Zod istiqamətində və geriyə uçuşlar həyata keçiriblər.

 

Təyyarələr isə mayın 17-də saat 09.44-də Ermənistanın Gümrü aerodromundan qalxaraq Sisian istiqamətində uçuş keçirib və dönmə manevri edərək saat 10.45-də Erebunu aerodromuna eniş ediblər.

 

Azərbaycan Hava Hücumundan Müdafiə Qoşunlarının radiolokasiya stansiyaları ölkəmizin hava məkanında hərəkət edən bütün aviasiya vasitələrini izləyir və onların uçuş marşrutları barədə məlumatlar dərhal HHQ-nin Komanda Məntəqəsinə avtomatik rejimdə ötürülür.

 

Azərbaycan Hava Hücumundan Müdafiə Qoşunları arsenalında olan ən müasir silah kompleksləri ilə ölkəmizin hava hüdudlarını pozan istənilən hava hədəflərini məhv etməyə qadirdir.

 

Bir daha düşmənin bu kimi informasiya təxribatlarına uymamağa çağırırıq”, - deyə MN-dən bildirilib

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • qudret qurbanov azerbaycan bayragi altinda uzen gemilerde tehlukesizliyin temin olunmasi ucun beynelxalq konvensiyalarin teleblerine ciddi riayet olunub
    Qüdrət Qurbanov: “Azərbaycan bayrağı altında üzən gəmilərdə ...
  • turkpa turkiyede seckiler beynelxalq standartlara uygun kecirilib
    TÜRKPA: Türkiyədə seçkilər beynəlxalq standartlara uyğun keç...
turkpa turkiyede seckiler beynelxalq standartlara uygun kecirilib turkpa turkiyede seckiler beynelxalq standartlara uygun kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 25 İyun, 2018

USD
1.7
 
EUR
1.981
 
RR
0.0269