Zakir Həsənov cəbhənin ön xəttində olub

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhə xəttinin müxtəlif istiqamətlərində yerləşən ön xətt bölmələrində olublar.

 

MN-dən APA-ya verilən məlumata görə, Z.Həsənov hərbi hissələrin döyüşə hazırlıq vəziyyətini yoxlayıb, üzbəüz yerləşən düşmən mövqelərini müşahidə edib və müvafiq tapşırıqlar verib.

 

Hərbi birliklərin komandanlıqları ilə keçirilən müşavirələrdə müdafiə naziri Azərbaycan Ordusunun silahlanmasına yeni daxil edilən hərbi texnikanın müasir tələblərə tam cavab verdiyini vurğulayaraq müxtəlif silah növlərinin alınması prosesinin bundan sonra da davam edəcəyini diqqətə çatdırıb. Düşmənlə qarşıdurma xəttindəki vəziyyəti dəyərləndirən nazir Ali Baş Komandanın tapşırıqlarını, qarşıda duran vəzifələri, eləcə də düşmənin istənilən təxribatının qarşısının dərhal alınması ilə bağlı müvafiq göstərişləri şəxsi heyətə çatdırıb.

 

Hərbi qulluqçular işğal altında olan torpaqların tezliklə azad edilməsinə hər an hazır olduqlarını bildiriblər.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • qudret qurbanov azerbaycan bayragi altinda uzen gemilerde tehlukesizliyin temin olunmasi ucun beynelxalq konvensiyalarin teleblerine ciddi riayet olunub
    Qüdrət Qurbanov: “Azərbaycan bayrağı altında üzən gəmilərdə ...
  • turkpa turkiyede seckiler beynelxalq standartlara uygun kecirilib
    TÜRKPA: Türkiyədə seçkilər beynəlxalq standartlara uyğun keç...
turkpa turkiyede seckiler beynelxalq standartlara uygun kecirilib turkpa turkiyede seckiler beynelxalq standartlara uygun kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 25 İyun, 2018

USD
1.7
 
EUR
1.981
 
RR
0.0269