Zakir Həsənov cəbhə bölgəsində yeni hərbi şəhərciyin açılışında iştirak edib

Bakı. Fərid Mirzəyev – APA. Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən hərbi hissələrdə tikinti-quruculuq işləri davam edir.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, avqustun 2-də Müdafiə Nazirliyinin rəhbərliyi cəbhə bölgəsində zabit ailələri üçün daha bir yaşayış kompleksi və yeni hərbi şəhərciyin açılışında iştirak edib.

 

Hərbi qulluqçuların ailələri üçün nəzərdə tutulan və hər biri 3 otaqdan ibarət 48 xidməti mənzil kommunikasiya xətləri ilə tam təchiz olunub.

 

Müasir standartlara cavab verən təmirli mənzillər mebel və digər avadanlıqla təmin edilib. Yaşayış kompleksinin həyətində yaşıllaşdırma və abadlıq işləri görülüb, hərbi qulluqçular və onların ailə üzvlərinin səmərəli istirahəti üçün lazımi şərait yaradılıb.

 

Sonra Müdafiə Nazirliyinin rəhbərliyi cəbhə bölgəsində yeni inşa edilən hərbi şəhərcikdəki obyektlərlə tanış olub. 

 

Müdafiə naziri şəxsi heyətlə görüşdə Ali Baş Komandanın ordu quruculuğuna göstərdiyi yüksək diqqətin nəticəsi olaraq son vaxtlar döyüş və mənəvi-psixoloji hazırlığın daha da artırılması, sosial-məişət şəraitinin yaxşılaşdırılması və maddi-texniki bazanın möhkəmləndirilməsi məqsədilə görülən işləri diqqətə çatdırıb.

 

Dövlət rəhbərliyinin tapşırığına əsasən isti yay günlərində şəxsi heyətin, xüsusilə də gənc əsgərlərin sağlamlığının qorunması, rahatlığı və normal istirahət şəraitinin təmin olunması məqsədilə hərbi hissələrin artıq 70 faizinin sərinləşdirici avadanlıq və vasitələrlə təchiz edildiyini bildirən müdafiə naziri Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində orduya yeni silah və texnikaların alınması, yeni hərbi hissələrin açılışı, zabitlər üçün yeni xidməti və daimi mənzillərin verilməsinin döyüş hazırlığına, nizam-intizamın yüksəldilməsinə birbaşa təsir göstərən amillərdən olduğunu xüsusi qeyd edib.

 

Hərbi qulluqçular və ailə üzvləri yaradılan şəraitdən məmnun qaldıqlarını, göstərilən diqqət və qayğıya görə Ali Baş Komandana minnətdarlıqlarını bildiriblər.

 

Şəxsi heyət təntənəli marşla tribunanın önündən keçdikdən sonra Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçularla birlikdə nahar edib. Nazir hərbi hissədə çalışan mülki işçilərlə görüşərək şəxsi heyətin təminatı ilə maraqlanıb, müvafiq göstəriş və tövsiyələrini verib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

18:33 25 Aprel
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • prezident dunyada senaye usulu ile qazilmis ilk quyunun berpadan sonraki veziyyeti ile tanis olub
    Prezident dünyada sənaye üsulu ilə qazılmış ilk quyunun bərp...
  • brent neftinin qiymeti 52 dollaradek gerileyib
    Brent neftinin qiyməti 52 dollaradək geriləyib
brent neftinin qiymeti 52 dollaradek gerileyib brent neftinin qiymeti 52 dollaradek gerileyib +2
MƏZƏNNƏ
FOREX
/ 26 Aprel, 2017

USD
1.7022
 
EUR
1.8492
 
RR
0.0305
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ