Ombudsman Aparatının əməkdaşları hərbi hissələrə baxış keçiriblər

ombudsman aparatinin emekdaslari herbi hisselere baxis keciribler

Ombudsman Aparatının əməkdaşları Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Ali Hərbi Məktəbi və Daxili Qoşunların Bakı şəhərindəki “N” saylı hərbi hissəsində plan üzrə baxış keçiriblər. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Aparatın əməkdaşları tərəfindən Daxili Qoşunların Ali Hərbi Məktəbinin və “N” saylı hərbi hissəsinin bütün obyektlərinə, hərbi qulluqçuların yataqxanalarına, yeməkxanalarına, ərzaq anbarlarına, tibb məntəqəsinə, hərbi şəhərcikdə müasir üslubda tikilib otaqları bütün avadanlıqları ilə birgə istifadəyə verilmiş 1 ədəd on iki mərtəbəli və 2 ədəd beşmərtəbəli yaşayış binasına, 40 nəfərlik uşaq bağçasına baxış keçirilib.

 

Hərbi qulluqçulara yaradılmış şərait, onlarla rəftar, qidanın keyfiyyəti müsbət qiymətləndirilib. Görülən işlərin daha da təkmilləşdirilməsi üçün hərbi hissənin rəhbərliyinə müvafiq tövsiyələr verilib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • dolu guclu kulek ve leysan ismayillida fesadlar toredib
    Dolu, güclü külək və leysan İsmayıllıda fəsadlar törədib...
  • nazir muavini adu da telebelerin fikirleri nezere alinmaqla sabah qerar qebul edilecek
    Nazir müavini: “ADU-da tələbələrin fikirləri nəzərə alınmaql...
nazir muavini adu da telebelerin fikirleri nezere alinmaqla sabah qerar qebul edilecek nazir muavini adu da telebelerin fikirleri nezere alinmaqla sabah qerar qebul edilecek +2
MƏZƏNNƏ
FOREX
/ 30 May, 2017

USD
1.702
 
EUR
1.8939
 
RR
0.0301
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ