Ordunun kadr işləri üzrə heyətinin təlim-metodiki toplantısı keçirilib

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi döyüş hazırlığı planına əsasən birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrinin kadr işləri üzrə heyətinin təlim-metodiki toplantısı keçirilib.

 

APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, tədbirdə müdafiə nazirinin şəxsi heyət üzrə müavini general-leytenant Kərim Vəliyev çıxış edib.

 

Orduda islahatların davam etdirildiyini qeyd edən nazir müavini kadr orqanlarının Müdafiə Nazirliyində mühüm xidmət sahələrindən biri olduğunu bildirərək ordu rəhbərliyi tərəfindən bu sahəyə ciddi diqqət yetirildiyini xüsusi vurğulayıb.


Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin Kadrlar İdarəsinin rəisi polkovnik Elçin Xəlilov isə ötən il ərzində kadr orqanı işçilərinin təkmilləşdirilməsi üzrə görülmüş işlər və 2018-ci ildə qarşıda duran vəzifələr, eləcə də peşəkar kadr heyətinin formalaşdırılması və inkişafı,  işçilərin bacarıqlarının artırılması istiqamətində həyata keçirilən vacib tədbirlər barədə ətraflı məruzə ilə çıxış edib.
 

Toplantıda Müdafiə Nazirliyinin müxtəlif qurumlarının və hərbi hissələrin zabitləri də çıxış edərək ordumuzun döyüş qabiliyyətinin daim yüksək səviyyədə saxlanılması barədə fikirlərini bölüşüblər.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

13:43 15 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • qerb bolgesine yagan yagis fesadlar yaradib
    Qərb bölgəsinə yağan yağış fəsadlar yaradıb
  • dunya kuboku fransa milli komandasina teqdim edilib
    Dünya kuboku Fransa milli komandasına təqdim edilib
dunya kuboku fransa milli komandasina teqdim edilib dunya kuboku fransa milli komandasina teqdim edilib +2
MƏZƏNNƏ
FOREX
/ 16 İyul, 2018

USD
1.7
 
EUR
1.9817
 
RR
0.0273