Qaxda şəhid zabitin medalı övladına verilib

2015-ci ilin dekabrın 6-da Tərtərdə düşmənin Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin mövqelərinə basqını zamanı şəhid olan baş leytenant Mollayev Abdulla Molla oğlu medalı ailəsinə təqdim edilib.

 

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, 1988-ci il təvəllüdlü şəhidin medalı Qaxda 2 yaşlı oğluna verilib. Medalın təqdim olunması ilə bağlı keçirilən tədbirə şəhidin ailə üzvləri, Qax rayon  İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev, Müdafiə Nazirliyinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsi rəisinin müavini, polkovnik Abdulla Qurbani, rayon ictimaiyyətinin nümayəndələri qatılıblar.

 

Mərasim iştirakçıları əvvəlcə Qax şəhər şəhidlər xiyabanında Abdulla Mollayevin qəbrini ziyarət ediblər, sonra mərasim iştirakçıları şəhidin il mərasiminə qatılıblar. Mərasimdə çıxış edən Abdulla Qurbanı və digər natiqlər Abdulla Mollayevin hərbi xidmətdə göstərdiyi şücaətlərdən danışıblar. Müdafiə naziri Zakir Həsənovun əmri ilə Abdulla Mollayevin təltif edildiyi “Hərbi Xidmətdə Fərqlənməyə” görə 3 dərəcəli medalı onun iki yaşlı oğlu Rəvana təqdim olunub.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

21:17 22 Mart
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • lenkeranda silah sursat tapilib
    Lənkəranda silah-sursat tapılıb
  • gurcustanda azerbaycanli telebeler dovlet strukturlarinda tecrube kececekler
    Gürcüstanda azərbaycanlı tələbələr dövlət strukturlarında tə...
gurcustanda azerbaycanli telebeler dovlet strukturlarinda tecrube kececekler gurcustanda azerbaycanli telebeler dovlet strukturlarinda tecrube kececekler +2
MƏZƏNNƏ
FOREX
/ 24 Mart, 2017

USD
1.7202
 
EUR
1.8529
 
RR
0.0298
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ