Qüdrət Həsənquliyev: “Xalqımız Azərbaycan əsgərinin tarixi qələbə sevinci yaşadacağı günü səbirsizliklə gözləyir”

qudret hesenquliyev xalqimiz azerbaycan esgerinin tarixi qelebe sevinci yasadacagi gunu sebirsizlikle gozleyir

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Azərbaycan Silahlı Qüvvələrinin 100-cü ildönümü münasibətilə Azərbaycan xalqına, silahlı qüvvələrimizin əsgər və zabitlərinə təbrik ünvanlayıb.

 

APA-nın məlumatına görə, Q. Həsənquliyev qeyd edib ki, 100 il bundan öncə Azərbaycan Xalq Cümhuriyyətinin elan olunmasından qısa bir müddət sonra yaradılmış Azərbaycan Silahlı Qüvvələri çətin və şərəfli bir yol keçib.

 

Azərbaycan Xalq Cümhuriyyətinin və Silahlı Qüvvələrimizin şərəfli tarixi xalqımızın döyüş ruhunu ölməyə qoymayıb, şəhid və qazilərimizin qəhrəmanlıq salnaməsi qan yaddaşımıza hopub.  Azərbaycan Silahlı Qüvvələri müsəlman şərqinin ilk demokratik respublikası - Azərbaycan Xalq Cümhuriyyəti ilə birgə - səngərlərdə, döyüş meydanlarında doğulub. Bu baxımdan, Azərbaycan Silahlı Qüvvələri - Azərbaycan dövləti, Azərbaycan dövləti - Azərbaycan Silahlı Qüvvələri deməkdir!”, millət vəkili vurğulayıb.

 

Q. Həsənquliyev qeyd edib ki, bu gün hər bir vətəndaşımızın və Silahlı Qüvvələrinin dəyanətli əsgər və zabitlərinin üzərinə ağır bir vəzifə düşür: “Biz işğal altında olan torpaqlarımızı azad etməli, xalqımızın şərəfli qəhrəmanlıq tarixini yenidən yazmalıyıq. Biz bu vəzifənin öhdəsindən ləyaqətlə gəlməyə məhkumuq! Xalqımız qüdrətli Azərbaycan əsgərinin millətimizə tarixi qələbə sevinci yaşadacağına bütün varlığı ilə inanır və o, müqəddəs günü səbirsizliklə gözləyir”.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

10:05 21 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • sumqayitda ucmertebeli magaza yanib yenilenib
    Sumqayıtda üçmərtəbəli mağaza yanıb - YENİLƏNİB
  • sehid esger qebelede defn edilib
    Şəhid əsgər Qəbələdə dəfn edilib
sehid esger qebelede defn edilib sehid esger qebelede defn edilib +2
MƏZƏNNƏ
FOREX
/ 22 İyul, 2018

USD
1.7
 
EUR
1.9828
 
RR
0.0267