Raket və artilleriya birləşmələrində döyüş atışlı təlimlər keçirilib

Bakı-APA. Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi döyüş hazırlığı planına əsasən, Raket və Artilleriya Qoşunlarının hərbi hissə və birləşmələri döyüş atışlı

təlimlər keçirib.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, aprel ayında əldə edilmiş döyüş təcrübəsi nəzərə alınmaqla səhra şəraitində keçirilən artilleriya təlimlərində bölmələrin qarşılıqlı əlaqədə fəaliyyəti, atəşin idarə olunması və müxtəlif şəraitli atəş mövqelərindən tapşırıqlar yerinə yetirilib.


Optik və radiotexniki kəşfiyyat vasitələri, pilotsuz uçan aparatlar, eləcə də xüsusi təyinatlıların artilleriya kəşfiyyatı icra edilməklə şərti düşmənin döyüş düzülüşünün bütün dərinliyində örtülü və açıq mövqelərdəki tək və qrup halında, o cümlədən hərəkətdə olan hədəflər məhv edilib.
 

Təlimə cəlb olunan müxtəlif raket sistemləri və artilleriya qurğuları heyətlərinin döyüş hazırlığı, bacarığı və qarşılıqlı fəaliyyəti Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib.

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

15:11 27 May
08:52 27 May
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • tovuza yagan dolu fesadlar toredib
    Tovuza yağan dolu fəsadlar törədib
  • cocuq mercanlida piyada eleyhine mina askarlanib
    Cocuq Mərcanlıda piyada əleyhinə mina aşkarlanıb
cocuq mercanlida piyada eleyhine mina askarlanib cocuq mercanlida piyada eleyhine mina askarlanib +2
MƏZƏNNƏ
FOREX
/ 28 May, 2017

USD
1.702
 
EUR
1.9062
 
RR
0.03
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ