Raquf Orucova həsr olunmuş sənədli filmin təqdimatı keçirilib

Aprel şəhidi, polkovnik-leytenant Raquf Orucova həsr olunmuş “Ruhun həsrəti” sənədli filminin təqdimatı keçirilib.
 
APA-nın xəbərinə görə, Mətbuat Şurasının (MŞ) təşəbbüsü ilə keçirilən toplantıda kütləvi informasiya vasitələrinin təmsilçiləri, Milli Məclisin deputatları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
 
Tədbirdə ilk olaraq "Ruhun həsrəti" sənədli filmi nümayiş olunub.
 
Filmin nümayişindən sonra akademik Gövhər Baxşəliyeva bildirib ki, R. Orucov Murovdağda kəşfiyyat bölüyünün komandiri kimi dşmənlə üz-üzə ağır hərbçi həyatı yaşayıb. 
 
"Kaspi" qəzetinin təsisçisi və baş redaktoru Sona Vəliyeva qeyd edib ki, gənc nəsil vətən uğrunda canlarından keçən qəhrəmanları, o cümlədən R. Orucovu yaxından tanımalıdır. 
 
Cahangir Məmmədli sənədli filmin telekanallarda nümayişinin zəruriliyini vurğulayıb.
 
Bundan əvvəl aprel şəhidləri olan pilotlara həsr olunmuş “Aprel şəkilləri” sənədli filminin təqdimatının keçirildiyini xatırladan MŞ sədri, millət vəkili Əflatun Amaşov qeyd edib ki, "Ruhun həsrəti" filminin çəkilişləri Bakıda və Ağdamda aparılıb.
 
Tədbir zamanı bildirilib ki, Raquf Orucov Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanla müharibədə şəhid verdiyi yeganə briqada komandiridir.
 
Mətbuat Şurası və Veysəloğlu Şirkətlər Qrupunun təşəbbüsü ilə hazırlanan filmin ssenarisi şəhidin həyat yoldaşı Sevinc Orucovaya məxsusdur. Filmin rejissorları Kəmalə Mirzəyeva və Miranə İsmayıl, layihənin rəhbərləri Ə. Amaşov və Bəxtiyar Qaracadır.
 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

10:05 21 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • sumqayitda ucmertebeli magaza yanib yenilenib
    Sumqayıtda üçmərtəbəli mağaza yanıb - YENİLƏNİB
  • sehid esger qebelede defn edilib
    Şəhid əsgər Qəbələdə dəfn edilib
sehid esger qebelede defn edilib sehid esger qebelede defn edilib +2
MƏZƏNNƏ
FOREX
/ 22 İyul, 2018

USD
1.7
 
EUR
1.9828
 
RR
0.0267