Sabah Bakıda keçiriləcək hərbi paradda 240-dan çox texnika, 70-dən artıq uçuş vasitəsi iştirak edəcək

sabah bakida kecirilecek herbi paradda 240 dan cox texnika 70 den artiq ucus vasitesi istirak edecek

İyunun 26-da Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyi ilə əlaqədar "Azadlıq" meydanında hərbi parad keçiriləcək.

 

MN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hərbi paradda Müdafiə, Daxili İşlər, Fövqəladə Hallar Nazirliklərinin, Dövlət Təhlükəsizliyi, Dövlət Sərhəd və Xüsusi Dövlət Mühafizə Xidmətlərinin, eləcə də Türkiyə Respublikası Silahlı Qüvvələrinin parad heyətindən ibarət 4000 nəfərədək şəxsi heyəti iştirak edəcək.

 

Təntənəli mərasimdə 240-dan çox hərbi texnika, 70-dən artıq uçuş vasitəsi, o cümlədən silahlanmaya yeni qəbul edilmiş ən müasir zirehli texnikalar, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, helikopterlər, pilotsuz uçuş aparatları kimi müxtəlif növ ən yeni silah və texnikalar, eləcə də hərbi gəmi və katerlər nümayiş olunacaq.

 

Paradda həmçinin Türkiyə Respublikası, Pakistan İslam Respublikası, Belarus Respublikası, Bəhreyn Krallığı, Birləşmiş Ərəb Əmirlikləri, Gürcüstan, İran İslam Respublikası, İsrail, Qazaxıstan Respublikası, Özbəkistan Respublikası, Rusiya Federasiyası, Səudiyyə Ərəbistanı Krallığı və Ukraynadan olan 100-dək nümayəndə iştirak edəcək.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

10:05 21 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • sumqayitda ucmertebeli magaza yanib yenilenib
    Sumqayıtda üçmərtəbəli mağaza yanıb - YENİLƏNİB
  • sehid esger qebelede defn edilib
    Şəhid əsgər Qəbələdə dəfn edilib
sehid esger qebelede defn edilib sehid esger qebelede defn edilib +2
MƏZƏNNƏ
FOREX
/ 22 İyul, 2018

USD
1.7
 
EUR
1.9828
 
RR
0.0267