Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 7 rayon şöbəsinin rəisi dəyişdirilib

seferberlik ve herbi xidmete cagiris uzre dovlet xidmetinin 7 rayon sobesinin reisi deyisdirilib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 7 rayon şöbəsinin rəisi işdən çıxarılıb.

 

APA-nın məlumatına görə, bununla bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimov müvafiq əmr imzalayıb. Əmrə əsasən, xidmətin Ağdaş rayon şöbəsinin rəisi Sadiq İsmayılov tutduğu vəzifədən azad edilərək, Balakən rayon şöbəsinin rəisi, Balakən rayon şöbəsinin rəisi Fuad Cəniyev tutduğu vəzifədən azad edilərək, Lerik rayon şöbəsinin rəisi, Lerik rayon şöbəsinin rəisi Fəxrəddin Mirzəliyev tutduğu vəzifədən azad edilərək, Masallı rayon şöbəsinin rəisi, Masallı rayon şöbəsinin rəisi Rəsul Quliyev tutduğu vəzifədən azad edilərək, Qazax rayon şöbəsinin rəisi, Qazax rayon şöbəsinin rəisi Vüqar Mirzəyev tutduğu vəzifədən azad edilərək, Kəpəz rayon şöbəsinin rəisi, Kəpəz rayon şöbəsinin rəisi İlqar Əliyev tutduğu vəzifədən azad edilərək, Qəbələ rayon şöbəsinin rəisi vəzifələrinə təyin ediliblər.

 

Bundan başqa, xidmətin Qəbələ rayon şöbəsinin rəisi olmuş Niyaz Məmmədov  tutduğu vəzifədən azad edilərək, xidmətin baş idarəsində vəzifəyə gətirilib.

 

Xidmətin Ağdaş rayon şöbəsinin rəisi vəzifəsinə isə Ağaverdi Fəttahov təyinat alıb. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

10:05 21 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • gurcustanda guclu yagis fesadlar yaradib yenilenib
    Gürcüstanda güclü yağış fəsadlar yaradıb - YENİLƏNİB...
  • sumqayitda ucmertebeli magaza yanib yenilenib
    Sumqayıtda üçmərtəbəli mağaza yanıb - YENİLƏNİB
sumqayitda ucmertebeli magaza yanib yenilenib sumqayitda ucmertebeli magaza yanib yenilenib +2
MƏZƏNNƏ
FOREX
/ 23 İyul, 2018

USD
1.7
 
EUR
1.9828
 
RR
0.0267