Şəxsi heyətlə iş üzrə bölük komandirinin müavini vəzifələrinə qəbul elan edilib

sexsi heyetle is uzre boluk komandirinin muavini vezifelerine qebul elan edilib

Bakı-APA. Aprel hadisələrindən sonra Silahlı Qüvvələrdə hərbi xidmət keçmək arzusunda olanların sayı xeyli artıb.

 

Müdafiə Nazirliyi minlərlə müraciəti nəzərə alaraq, tabeliyindəki hərbi hissələrdə şəxsi heyətlə iş üzrə bölük komandirinin müavini vəzifəsinə qəbul keçirilməsini qərara alıb. APA-nın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, hərbi xidmətə qəbul olmaq üçün ali təhsil müəssisələrinin humanitar fakültələrini (filologiya, pedaqogika, tarix, coğrafiya, sosiologiya, psixologiya, politologiya, jurnalistika və s.) bitirmiş, müddətli həqiqi hərbi xidmət keçmiş, 28 yaşı tamam olmayan, fiziki cəhətdən sağlam və kişi cinsindən olan Azərbaycan vətəndaşları müraciət edə bilərlər. 
 

Zabit kimi əvvəllər Silahlı Qüvvələrdə xidmət etmiş, humanitar ali təhsilli (28 yaşı tamam olmayan) ehtiyatda olan hərbi qulluqçular da qəbul ilə bağlı müraciət edə bilərlər. 
 

Namizədlər söhbətləşmə və ixtisas seçimindən, sənədlərin toplanıb təqdim olunmasından, Müdafiə Nazirliyinin hərbi həkim komissiyasında yoxlamadan keçdikdən sonra müvafiq kurslara qəbul olunacaqlar. Kursu müvəffəqiyyətlə bitirənlər müvafiq vəzifələrə təyin ediləcəklər.


Bağlaşma (müqavilə) yolu ilə xidmət etmək üçün minimal xidmət müddəti 1 il 6 aydır. Həmin müddətdən sonra Silahlı Qüvvələrdə xidmətini davam etdirmək arzusunda olanlar kadr zabitləri heyətinə keçirilə bilərlər. Xidmət dövründə həmin şəxslər Silahlı Qüvvələrin hərbi qulluqçularına şamil olunan bütün imtiyazlardan istifadə hüququna malik olacaqlar.
 

Namizədlər 2016-cı ilin sentyabrın 5-dən oktyabrın 15-dək Silahlı Qüvvələrin Təlim və Təlim Mərkəzinə müraciət edə bilərlər. 
 

Qeyd edək ki, qəbul zamanı pedaqoji stajı, elmi dərəcəsi və dövlət mükafatı olanlara üstünlük veriləcək. 


Məhkumluğu olan, əvvəllər hərbi xidmətdə olarkən hərbi qulluqçuların şərəfini ləkələyən, nalayiq hərəkətlər törətdiyinə görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılanların müraciət etməmələri xahiş olunur.
 

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • erdogan 4 ereb olkesinin turkiye qarsi hormetsizlik numayis etdirdiyini beyan edib
    Ərdoğan 4 ərəb ölkəsinin Türkiyə qarşı hörmətsizlik nümayiş ...
  • sabirabadda 5 neferin xesaret almasi ile neticelenen yol neqliyyat hadisesi bas verib yenilenib
    Sabirabadda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəq...
sabirabadda 5 neferin xesaret almasi ile neticelenen yol neqliyyat hadisesi bas verib yenilenib sabirabadda 5 neferin xesaret almasi ile neticelenen yol neqliyyat hadisesi bas verib yenilenib +2
MƏZƏNNƏ
FOREX
/ 25 İyun, 2017

USD
1.7022
 
EUR
1.8999
 
RR
0.0285
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ