Təlimlərdə döyüş atışları yerinə yetirilib

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən keçirilən irimiqyaslı təlimlərin döyüş atışlı əsas mərhələsi icra olunur.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA_ya verilən məlumata görə, plana müvafiq olaraq bütün qoşun növləri silah və texnikanın praktiki tətbiqi ilə təlim-döyüş tapşırıqlarının həlli üzrə taktiki fəaliyyətə başlayıblar.

 

Təlimlərin xarakterik xüsusiyyətləri məlumatların operativ qəbulu, işlənilməsi, quruda, dənizdə, havada müşahidənin aparılmasına imkan verən elektron, hesablama, vizual və digər müasir texnikadan istifadə edilməklə dinamik dəyişən şəraitdə yeni tapşırıqların operativ çatdırılmasından ibarətdir.

 

Müasir ümumqoşun döyüşünün prinsiplərinə riayət edərək ərazinin mürəkkəb şəraitində və şərti düşmənin ehtimal olunan fəaliyyətini nəzərə alaraq qoşunların, eləcə də idarəetmə sistemlərinin daha sıx qarşılıqlı əlaqədə effektiv tətbiqi həyata keçirilir.

Müxtəlif poliqonlarda, ərazilərdə, təlim sahələrində, avadanlıqla təchiz edilmiş digər nöqtələrdə döyüş atışları, bölmələrin və atəşin manevrləri yerinə yetirilir.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

15:23 25 May
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • batumide 28 may respublika gunu qeyd olunub
    Batumidə 28 may - Respublika Günü qeyd olunub
  • bakida vaz yuk masini ile toqqusub iki nefer xesaret alib
    Bakıda “VAZ” yük maşını ilə toqquşub, iki nəfər xəsarət alıb...
bakida vaz yuk masini ile toqqusub iki nefer xesaret alib bakida vaz yuk masini ile toqqusub iki nefer xesaret alib +2
MƏZƏNNƏ
FOREX
/ 26 May, 2017

USD
1.7021
 
EUR
1.9133
 
RR
0.0302
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ