"Xəzər Kuboku-2016" müsabiqəsində hava və dəniz hədəfləri üzrə atışlar keçirilib

xezer kuboku 2016 musabiqesinde hava ve deniz hedefleri uzre atislar kecirilib

Bakı. Fərid Mirzəyev – APA. “Xəzər kuboku – 2016” müsabiqəsində iştirak edən Azərbaycan, Rusiya və Qazaxıstan hərbi dənizçiləri Xəzər dənizinin poliqonlarında ilk olaraq “hava hədəfləri”nə atışlar keçiriblər. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ssenariyə əsasən, şərti düşmənin təyyarəsi gəmiyə aviasiya bombası atdıqdan sonra gəmi komandiri vəziyyəti qiymətləndirərək 60 mərmidən artıq istifadə etməmək şərti ilə hava hədəfini məhv etməlidir.

 

Məlumata görə, bu mərhələdə hakim kollegiyası tərəfindən gəmilərin poliqona daxil olması vaxtı, atış barədə komandirin qərar qəbuletmə vaxtı, hədəfin dəqiq vurulması və döyüş məşğələsinin yerinə yetirilməsinin ümumi vaxtı qiymətləndirilir.
 

İkinci mərhələdə dənizçilər dəniz hədəfləri üzrə atış keçiriblər. Dəniz hədəfi qismində xüsusi quraşdırılmış gəmi lövhəsi istifadə edilib. Atışlar təxminən 4500 m. məsafədən artilleriya qurğularından yerinə yetirilib, hədəfin vurulması üçün artilleriya qurğuları heyətlərinə 40 sursat verilib. Qiymətləndirmə birinci mərhələdə olduğu kimi həyata keçirilib.
 

Rusiyanın "Uqliç" kiçik raket gəmisi, Qazaxıstanın "Oral" raket-artilleriya gəmisi və Azərbaycanın G-124 patrul-mühafizə gəmisinin heyətləri müsabiqənin ilk iki elementini müvəffəqiyyətlə yerinə yetirərək növbəti mərhələlərin hazırlıq işlərinə başlayıblar. 
 

Növbəti mərhələlərdə dənizçilər artilleriya qurğularından üzən minaya atışlar və gəmi manevri keçirməli, gəminin sağ qalması üçün mübarizə zamanı gəminin dəliklərinin tutulması və gəmiyə dolmuş suyun çəkilməsi üzrə normativləri yerinə yetirməli və son mərhələdə xilasedici vasitələrdən istifadə etməklə qəza vəziyyətinə düşmüş gəmini vaxtında tərk etməlidirlər.
Azərbaycan hərbi dənizçilərinin yarışlarda iştirakı davam edir.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

18:33 25 Aprel
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • leyla eliyeva mdu nezdindeki asiya ve afrika olkeleri institutunda olub
    Leyla Əliyeva MDU nəzdindəki Asiya və Afrika Ölkələri İnstit...
  • erdogan turkiye ai ye uzvlukle bagli movqeyini deyise biler
    Ərdoğan: “Türkiyə Aİ-yə üzvlüklə bağlı mövqeyini dəyişə bilə...
erdogan turkiye ai ye uzvlukle bagli movqeyini deyise biler erdogan turkiye ai ye uzvlukle bagli movqeyini deyise biler +2
MƏZƏNNƏ
FOREX
/ 26 Aprel, 2017

USD
1.7022
 
EUR
1.8492
 
RR
0.0305
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ