Zakir Həsənov Belarus Təhlükəsizlik Şurasının dövlət katibi ilə görüşüb

Bakı – APA. Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Belarus Respublikası Təhlükəsizlik Şurasının dövlət katibi Stanislav Zasın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, görüşdə ölkələr arasında əlaqələrin yüksək səviyyədə olması və dövlət başçıları arasında dostluq münasibətlərinin ikitərəfli əməkdaşlığın inkişafı üçün möhkəm zəmin yaratması məmnunluqla qeyd olunub. Azərbaycan və Belarus arasında hərbi sahədə mövcud əməkdaşlığın və qarşılıqlı münasibətlərin güclənməsinə xidmət edən fəaliyyətlərin müzakirə olunduğu görüşdə dövlətlərin regional təhlükəsizliyə verdiyi töhfələr xüsusi vurğulanıb.


Ölkələr arasında müxtəlif istiqamətlərdə, xüsusilə hərbi, hərbi təhsil və hərbi texniki sahədə əməkdaşlığın inkişafı üçün geniş potensialın olduğunu deyən müdafiə naziri, görüşün önəmini qeyd edərək bunun ikitərəfli əlaqələrin inkişafına yeni təkan verəcəyinə əminliyini bildirib.
 

Əlaqələrin inkişafından məmnunluğunu ifadə edən qonaq Belarusun Azərbaycanla münasibətlərin genişləndirilməsi, o cümlədən hərbi sahədə mövcud olan əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində perspektivlərin olduğunu söyləyib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • makedoniyada etirazcilar parlamente basqin ederek muxalifet liderini doyubler
    Makedoniyada etirazçılar parlamentə basqın edərək müxalifət ...
  • qebelede su festivali kecirilib
    Qəbələdə su festivalı keçirilib
qebelede su festivali kecirilib qebelede su festivali kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 28 Aprel, 2017

USD
1.7025
 
EUR
1.8566
 
RR
0.0299
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ