Zakir Həsənov: "Ermənistandan nüvə komponentlərinin qaçaqmalçılığı həyata keçirilir"

zakir hesenov ermenistandan nuve komponentlerinin qacaqmalciligi heyata kecirilir

"Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq hüquq normaları çərçivəsində həllinə nail olunmalıdır".

 

APA-nın məlumatına görə, bunu müdafiə naziri səlahiyyətlərini icra edən, general-polkovnik Zakir Həsənov NATO-nun Avropada Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı, generalı Körtis Skaparottinin başçılıq etdiyi nümayəndə heyəti ilə Bakıda keçirdiyi görüşdə deyib.

 

Zakir Həsənov bildirib ki, Dağlıq Qarabağdakı separatçı rejimin nümayəndələrinin müxtəlif xarici dövlətlərə, o cümlədən ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinə səfərləri və həmin ölkələrdə onların qəbul edilməsi münaqişənin nizamlanmasında ikili standartların tətbiq edilməsinə gətirib çıxarır ki, bu da yolverilməzdir.

 

NATO-nun ölkəmizin ərazi bütövlüyü və suverenliyinə dair mövqeyini yüksək qiymətləndirən Zakir Həsənov Alyansın bundan sonra da bu istiqamətdə səylərinin davam edəcəyinə əminliyini ifadə edib.

 

O, Ermənistandan nüvə komponentləri qaçaqmalçılığının həyata keçirildiyini qeyd edərək bunun təkcə regionun deyil, eyni zamanda daha geniş miqyasda təhlükəsizliyə ciddi təhdid təşkil etdiyini vurğulayıb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • qudret qurbanov azerbaycan bayragi altinda uzen gemilerde tehlukesizliyin temin olunmasi ucun beynelxalq konvensiyalarin teleblerine ciddi riayet olunub
    Qüdrət Qurbanov: “Azərbaycan bayrağı altında üzən gəmilərdə ...
  • turkpa turkiyede seckiler beynelxalq standartlara uygun kecirilib
    TÜRKPA: Türkiyədə seçkilər beynəlxalq standartlara uyğun keç...
turkpa turkiyede seckiler beynelxalq standartlara uygun kecirilib turkpa turkiyede seckiler beynelxalq standartlara uygun kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 25 İyun, 2018

USD
1.7
 
EUR
1.981
 
RR
0.0269