Azərbaycan və Rusiya hərbi-texniki sahədə əməkdaşlığı inkişaf etdirmək niyyətindədirlər

azerbaycan ve rusiya herbi texniki sahede emekdasligi inkisaf etdirmek niyyetindedirler

Azərbaycan və Rusiya hərbi-texniki sahədə əməkdaşlığı inkişaf etdirmək niyyətindədirlər. APA-nın Moskva müxbirinin Rusiya Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, bunu Moskvada səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov bildirib.  

 

“Əməkdaşlığımız hərbi sahənin bir çox istiqamətlərində inkişaf edir – hərbi-texniki, hərbi təhsil, birgə təlimlər və məşqlər sahəsində. Hesab edirəm ki, perspektivlərimiz genişdir və biz gələcəkdə bu əməkdaşlığı genişləndirmək niyyətindəyik”, - deyə Z.Həsənov bildirib.    

 

Z.Həsənov, Rusiya və Azərbaycanın Xəzər dənizində birgə təlimlər keçirdiyini xatırladıb: “Bundan başqa, Azərbaycandan xeyli zabit və kursant Rusiyanın hərbi təhsil müəssisələrində təhsil alır. Azərbaycan ordusunun arsenalında xeyli Rusiya istehsalı olan texnika var”.   

 

Nazir  Beynəlxalq Ordu Oyunlarının təşkilini yüksək qiymətləndirərək, dörd ölkənin Hərbi-Hava Qüvvələrinin iştirak etdiyi “Xəzər Kuboku”nun Azərbaycanda keçirildiyini xatırladıb.  

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
13:04 18 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • semkirde yol qezasinda xesaret alanlarin kimliyi melum olub yenilenib
    Şəmkirdə yol qəzasında xəsarət alanların kimliyi məlum olub ...
  • italiya prezidentine heyder eliyev ordeni teqdim edilib
    İtaliya prezidentinə “Heydər Əliyev” ordeni təqdim edilib...
italiya prezidentine heyder eliyev ordeni teqdim edilib italiya prezidentine heyder eliyev ordeni teqdim edilib +2
MƏZƏNNƏ
FOREX
/ 19 İyul, 2018

USD
1.7
 
EUR
1.9794
 
RR
0.0271