Ağstafada şəhid Adil Tatarovun anım mərasimi keçirilib

Ağstafa rayonunun Qıraq Kəsəmən kəndində ölkə prezidentinin sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunmuş şəhid Adil Tatarovun anım mərasimi keçirilib.

 

APA-nın yerli bürosunun xəbərinə görə, əvvəlcə şəhidin təhsil aldığı orta məktəbin qarşısında Xatirə kompleksinin açılışı olub.

 

Daha sonra şəhidin ata evində 40 mərasimi və anım tədbiri keçirilib.

 

Mərasimdə Müdafiə Nazirliyinin nümayəndələri, Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, şəhidin xidmət etdiyi hərbi hissənin hərbçiləri, ictimaiyyət nümayəndələri iştirak edib.

 

Çıxış edənlər şəhid hərbçinin keçdiyi döyüş yolu, qəhrəmanlığından bəhs ediblər.

 

 

Qeyd edək ki, Azərbaycan Ordusunun hərbi qulluqçusu Adil Əli oğlu Tatarov mayın 20-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası sahəsində düşmən tərəfinin növbəti təxribatının qarşısını alarkən həlak olub.

 

 

Şəhid əsgər Qıraq Kəsəmən kənd qəbiristanlığında torpağa tapşırılıb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

09:11 23 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • fhn iscilerinin hemkarlar ittifaqi heyder eliyevin 95 illiyi ile bagli naxcivana sefer teskil edib
    FHN işçilərinin Həmkarlar İttifaqı Heydər Əliyevin 95 illiyi...
  • bank respublika iqtisadci jurnalistler ucun press tur teskil edib
    "Bank Respublika" iqtisadçı jurnalistlər üçün press-tur təşk...
bank respublika iqtisadci jurnalistler ucun press tur teskil edib bank respublika iqtisadci jurnalistler ucun press tur teskil edib +2
MƏZƏNNƏ
FOREX
/ 23 İyul, 2018

USD
1.7
 
EUR
1.9947
 
RR
0.0268