MN: Erməni silahlı bölmələri iriçaplı pulemyot, minaatan və qumbaraatanlarla atəşkəsi 144 dəfə pozub

mn ermeni silahli bolmeleri iricapli pulemyot minaatan ve qumbaraatanlarla ateskesi 144 defe pozub

Müdafiə Nazirliyi bildirir ki, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan, 60 və 82 millimetrlik minaatanlardan, həmçinin qumbaraatanlardan da (cəmi 80 mərmi) istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 144 dəfə pozub.

 

APA-n;n nazirliyin saytına istinadən verdiyi xəbərə görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Dovex, Voskevan, İcevan rayonunun Vazaşen kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Quşçu Ayrım və Bala Cəfərli kəndlərində, Berd rayonunun Mosesqex, Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağbulaq kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.


Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Sarıcalı, Mərzili, Yusifcanlı, Füzuli rayonunun Qorqan, Qaraxanbəyli, Horadiz, Aşağı Veysəlli, Aşağı Seyidəhmədli kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Tərtər, Ağdam, Xocavənd, FüzuliCəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
 

Əməliyyat şəraitinə uyğun olaraq, bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • fransa senatinda azerbaycanli mecburi kockunlerin problemi muzakire olunub
    Fransa Senatında azərbaycanlı məcburi köçkünlərin problemi m...
  • cebheboyu zonada yerlesen daha iki yeni herbi seherciyin acilisi olub
    Cəbhəboyu zonada yerləşən daha iki yeni hərbi şəhərciyin açı...
cebheboyu zonada yerlesen daha iki yeni herbi seherciyin acilisi olub cebheboyu zonada yerlesen daha iki yeni herbi seherciyin acilisi olub +2
MƏZƏNNƏ
FOREX
/ 22 İyun, 2017

USD
1.7022
 
EUR
1.9015
 
RR
0.0283
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ