Şəhid hərbçi dəfn edilib

Bir neçə gün əvvəl cəbhədə erməni silahlı qüvvələrinin təxribatının qarşısını alarkən şəhid olmuş hərbçi  Şahlar Yaşar oğlu Nəzərov bu gün anadan olduğu Yardımlı rayonunda dəfn edilib.

 

APA-nın cənub bürosunun xəbərinə görə, 1990-cı il təvəllüdlü hərbi qulluqçu anadan olduğu Peştəsər kənd qəbiristanlığında torpağa tapşırılıb.

 

Şəhidlə vida mərasimində Müdafiə  Nazirliyinin, rayon rəhbərliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak edib.

 

Yaylım atəşi açılıb, şəhid hərbçi torpağa tapşırılıb.

 

Qeyd edək ki, fevralın 24-dən 25-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bütün cəbhə boyu törətdiyi irimiqyaslı təxribatların qarşısını alarkən hərbi qulluqçularımız Abdullayev Aqşin İsmayıl oğlu, Nəzərov Şahlar Yaşar oğlu, Haşımlı Tural Əbdül oğlu, Qədimov Zülfü Rəhim oğlu və Cəfərov Zakir Nazim oğlu şəhid olub.

 

Şəhid olmuş hərbi qulluqçularımızın nəşləri beynəlxalq vasitəçilərin iştirakı ilə dünən döyüş meydanından təxliyə edilib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

18:33 25 Aprel
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • brent neftinin qiymeti 52 dollaradek gerileyib
    Brent neftinin qiyməti 52 dollaradək geriləyib
  • leyla eliyeva mdu nezdindeki asiya ve afrika olkeleri institutunda olub
    Leyla Əliyeva MDU nəzdindəki Asiya və Afrika Ölkələri İnstit...
leyla eliyeva mdu nezdindeki asiya ve afrika olkeleri institutunda olub leyla eliyeva mdu nezdindeki asiya ve afrika olkeleri institutunda olub +2
MƏZƏNNƏ
FOREX
/ 26 Aprel, 2017

USD
1.7022
 
EUR
1.8492
 
RR
0.0305
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ