Zakir Həsənov Britaniya Müdafiə Nazirliyinin beynəlxalq siyasət üzrə direktoru ilə görüşüb

zakir hesenov britaniya mudafie nazirliyinin beynelxalq siyaset uzre direktoru ile gorusub

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov martın 9-da Azərbaycanda səfərdə olan Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı Müdafiə Nazirliyinin beynəlxalq siyasət üzrə direktoru Nik Qurrun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Bakıda Azərbaycan və Böyük Britaniya Müdafiə nazirlikləri arasında növbəti qərargah danışıqlarının keçirilməsinə dair məsələlərin əsas müzakirə mövzusu olduğu görüşdə ölkələrimiz arasında hərbi təhsil, xüsusilə də Silahlı Qüvvələrimizin nümayəndələrinin “Hərbi ingilis dili kursu”nda iştirakı barədə geniş fikir mübadiləsi aparılıb.

 

Qeyd edilib ki, ildən-ilə bu kursda iştirak edən zabitlərimizin sayı artır və bu, çox önəmlidir.

 

Regiondakı hazırkı vəziyyət barədə qonaqlara ətraflı məlumat verən Müdafiə naziri vurğulayıb ki, Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlarda tutduğu qeyri-konstruktiv mövqeyi beynəlxalq və regional sülh və təhlükəsizlik üçün ciddi təhdid yaradır.

 

2016-cı ilin sentyabr ayında general-polkovnik Z.Həsənovun Londonda keçirdiyi  səmərəli görüşləri xatırladan N.Qurr qeyd edib ki, həmin səfərdən sonra ölkələrimiz arasında hərbi əməkdaşlıq yüksələn xətlə inkişaf edir.

 

Azərbaycanın NATO-nun Əfqanıstanda keçirdiyi missiyada iştirakını yüksək qiymətləndirən qonaq vurğulayıb ki, Böyük Britaniya ölkəmiz ilə hərbi əlaqələrin daha da möhkəmləndirilməsində maraqlıdır.

 

N.Qurr xüsusi qeyd edib ki, Böyük Britaniya Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanımaqla yanaşı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin BMT-nin Təhlükəsizlik Şurasının məlum qətnamələri əsasında, beynəlxalq hüququn normaları və prinsipləri çərçivəsində həllinin tərəfdarıdır.

 

Bundan əlavə, görüşdə hərbi, hərbi-texniki sahədə əməkdaşlığın perspektivləri,  regional, dəniz, enerji resurslarının təhlükəsizliyi, terrorizmə qarşı birgə mübarizə və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

15:11 27 May
08:52 27 May
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • tovuza yagan dolu fesadlar toredib
    Tovuza yağan dolu fəsadlar törədib
  • cocuq mercanlida piyada eleyhine mina askarlanib
    Cocuq Mərcanlıda piyada əleyhinə mina aşkarlanıb
cocuq mercanlida piyada eleyhine mina askarlanib cocuq mercanlida piyada eleyhine mina askarlanib +2
MƏZƏNNƏ
FOREX
/ 28 May, 2017

USD
1.702
 
EUR
1.9062
 
RR
0.03
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ