Azərbaycana Rusiyadan müasir hərbi texnikalar gətirilib

Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında hökumətlərarası razılaşmaya əsasən Rusiya istehsalı olan müasir döyüş texnikası, silah-sursat və hərbi avadanlıqların Azərbaycana tədarükü plana uyğun davam edir.

 

MN-dən APA-ya verilən məlumata görə, yanvarın 19-da yeni hərbi texnikanın növbəti partiyası ölkəmizə gətirilib. Gəmilər vasitəsilə Rusiyadan Bakı limanına çatdırılan xeyli sayda müasir hərbi texnika və döyüş sursatları kompleks qəbuldan sonra ən qısa vaxtda cəbhə xəttində yerləşən hərbi hissələrin sərəncamına veriləcək.

 

Qeyd edək ki, böyük atəş imkanları və dağlıq şəraitdə yüksək keçid qabiliyyətinə malik, silahlanmaya daxil edilən bu tip hərbi texnika 2016-cı ilin aprel ayında keçirilən döyüş əməliyyatları zamanı uğurla tətbiq edilib. Düşmənin xeyli sayda canlı qüvvəsi, texnikası və digər vasitələrinin məhv edilməsi bu texnikanın yüksək effektivliyini nümayiş etdirdi.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

12:23 18 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • sabah naxcivanda islam medeniyyetinin paytaxti nin tenteneli acilis merasimi kecirilecek
    Sabah Naxçıvanda “İslam mədəniyyətinin paytaxtı”nın təntənəl...
  • astanada azerbaycan xalq cumhuriyyetinin 100 illik yubileyi qeyd olunub
    Astanada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ...
astanada azerbaycan xalq cumhuriyyetinin 100 illik yubileyi qeyd olunub astanada azerbaycan xalq cumhuriyyetinin 100 illik yubileyi qeyd olunub +2
MƏZƏNNƏ
FOREX
/ 19 İyun, 2018

USD
1.7
 
EUR
2.0067
 
RR
0.0272